Hər kəs həyatda ötən ömur  paynı  yaşayır.Xoşbəx o  insandır ki,  adı  ünvanı, el, işlədiyi kollektiv arasında hörmətlə çəkilir, bircə dəfə verilən ömrü elə yaşayır ki, el  sevgisi qazanır, xalqın, işlədiyi kollektivin istəklisinə çevrilir, hamı böyüklü- kiçikli xətir hörmətini saxlayır. 

     

Həmin  insanların ömrürlərindən  çoxlarının ömürünə işiq düşür. Birdə  ki, ömür o vaxt qiymətli və dəyərli olur ki, o  mənalı yaşanır.Həmin ömür insanlarıda   xidmətə yönəldilir,  bəşəriyyətə,ailəyə, cəmiyyətə xidmət edir.


 Belə ömür yaşayan insanlardan     biridə,  Daxili İşlər  Nazirliyi (DİN-in ) Daxili Qoşunların Baş İdarəsində və Daxili Qoşunların Xəzər rayonunda yerləşən hissəsində müxtəlif vəzifələrdə Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmiş, dərin zəkası, gözəl nitq qabiliyyəti, peşəkarlığı, humanistliyi, sadəliyi, səmiyyəti, dəqiqliyi, təmkinliyi və vətənpərvərliyi ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı   Müsayev Lətif Qara oğludur. Dekabr ayının  6- da onun  dünyaya göz açdığı gündür. 


Daimi həyatın bütün çətinliklərindən  alınıaçıq və üzüağ  çıxan,  Azərbaycan Respublikasının müharibə veteranı   Musayev Lətif   Qara  oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, iş və döyüşcü yoldaşları səmimi qəlbdən  təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və  həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Lətif qoy

yaşının üstə gələn bu yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin .

 

Bu  gün əsil vətəndaşlıq mövqeyi ilə seçilən, Azərbaycan Respublikasının müharibə  veteranı  Мusayev Lətif  Qara  oğlu  1966- cı ilin deкabr ayının   6  - da Tovuz   rayonun  Qəribili  kəndində  zəhmətkeş bir ailədə anadan olub. 

1983-ci   ildə, Tovuz rayonun Qəribili    kənd   orta məktəbini,  1993 - cü   ildə Azərbaycan   İnşaat-  Mühəndislər İnstitutunu bitirib. O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,  Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən, bir çox təlim-metodiki toplanışlarda, xüsusi taktiki təlimlərdə, nümnəvi- göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.

İşgüzar,  çalışqan, işinə qətiyyətli, mübariz   keyfiyyətli olan,   Lətif  Musayev 1984 -1986-ci illərdə SSRİ Daxili İşlər  Nazirliyi Daxili Qoşunlarının  Komsomolsk-on- Amur          və  Xabarovsk diyarında yerləşən  hərbi hissələrin birində  müddətli həqiqi hərbi xidmətdə olub. 

1992-1998  ci- illərdə  Daxiliİ İşlər Nazirliyinin Daxili Qoşunlarının  Xəzər    rayonunda  yerləşən əlahiddə tədris taborunda qərargah rəisinin  kadırlar  və  şəxsi  heyətin  qeydiyyatı  üzrə baş köməkçisi,  Daxili Qoşunların Bas İdarəsinin  məxfi   söbəsində şöbə rəisinin müavini, Daxili Qoşunların Baş İdarəsinin məxfi   kərküzarlıq bölmə rəsinin    müavini vəzifələrində  xidmət etmişdir.  

Hər    kəsi özündən incitməyən,xoş  rəftarı və şirin dili   ilə hər bir kəslə  doğmalıq, yoldaşlıq münasibətləri   yaradan Musayev Lətif  Qara oğlu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarından Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra özəl  müəsisələr birində işləyir.

 Lətif Musayev. DİN-in   Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, özünü qoruxmaz, saxavətli,əliaçıq, zəhmətkeş hərbi qulluqcu kimi   göstərmişdir.  

Lətif Musayev orta və ali təhsil müəssisələrində   təhsil aldığı illərdə, istərsədə   xidmət etdiyi və işlədiyi,isərsədə  dost- tanış, qohum- əqraba, qonşu arasında   daımı öünə layiq hörmət qazanmışdır.

Yorulmaz, zəhmətkeş, xeyirhax, təşkilatcı və qayğıkeş insan Lətif  Musayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində ) gedən döyüşlərdə  iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

İctimai işlərdə fədakarlıq göstərən, dostlarna, yaxınlarına, xidmət etdiyi, işlədiyi  iş  və döyüşcu yoldaşlarına  isti münasibəti  olan  Musayev Lətif Qara oğlu Daxili Qoşnlarda xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin  tələblərinin,əmir və sərancamlarının yerinə yetirilməsi işində bir  çox hərbi qulluqçular ücün daimi şəxsi nümnə olmuşdur.

Harada hansı vəzifədə çalışmasından   asılı  olmayaraq , kollektivin daimi rəğbətini qazanmış Lətif  Qara oğlu  Daxili Qoşunlarda xidmət etdiyi   illər ərzində, cinayətkarlığa qarşı mübarizədə, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa  fövqaladə hallar , habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə    gəlmişdir.

 Nəcib  davranışa və yüksək mədəniyyətə    malik olan    Musayev Lətuf Qara  oğlu  Hərbi  xidməti vəzifələrinin  yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə, Daxili İşlər  Nazirinin, Daxli Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı və yubiley nişanları ilə  təltif olunub, dəfələrlə fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və  ona təşəkkür elan  edlib.


BÜTÜN GÖZƏL NƏ VARSA SƏNİN OLSUN   LƏTİF !


100  YAŞA,SAĞLAM YAŞA!


Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas  polkovnik Salman Musayev