Təbrik edirik:

Mənim və bizim sevimli müharibə veteranımız, tanınmış çox hörmətli polkovnik, zəhmətkeş, bacarıqlı və təcrübəli təşkilatçı, dürüst və dəyərli dost,sevimli və istiqanlı xeyirxah gözəl insan , qədirbilən və ləyaqətli övlad, qayğıkeş və məsuliyyətli ailə başçısı, vətənsevər, yurdsevər, xeyirxah, səmimi, nümunəvi və mehriban insan, Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas Musayev Salman Calal oğlunun 18 dekabr ad günüdür.

Xatırladaq kı, polkovnik Musayev Salman Calal oğlu 18 dekabr Qədim Borcalı mahalının (indiki Gürcüstan Respublikasının) Bolnisi rayonunun Seneb (Sənəb) kəndində zəhmətkeş bir ailədə anadan olub.

Salman Calal oğlu Musayev İbtidai təhsilni Bolnis rayonunun Seneb kəndində , orta təhsilini isə Bolnis rayonun Ayorta (Akaurt) kənd orta məktəbində alıb.

O, SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların Sankt-Peterburqdakı (kecmiş Leninqrad) Ali hərbi siyasi məktəbi və Azərbaycan Respublikasının Polis Akademiyasını bitirib.

SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında taqım komandiri, xüsusi motorlaşdirilmiş polis patrul bölüyün komandiri, ayrıca yerləşən əlahiddə konvoy -mühafizə bölüyün komandiri və alayın döyüş hazırlığı bölməsinin rəisi vəzifəsində olmuşdur.

S.Musayev Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda hərbi hissənin döyüş və mənəvi psixoloji hazırlığı bölməsinin rəisi, tədris alay komandirinin birinci müavini, tədris alayn komandiri, Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin rəisi, Daxili Qoşunların Baş İdarəsinin İnspeksiya rəisi vəzifələrində vətənə və xalqa sədaqətlə xidmət edib. Salman Musayev Daxili İşlər Nazirinin müvafiq əmrinə əsasən 10 ildən çox Daxili Qoşunlar Komandanın birinci müavini vəzifəsini icra edib.Daxil Qoşunlarında səmərəli fəaliyyətinə görə bir çox medallarlarla,döş nişanları ilə təltif olunub, fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə, (pul mükafatları) ilə mükafatlandırılıb və ona təşəkkür elan edilib.

Çox hörmətli polkovnik Salman Calal oğlu Musayevi ad günü- doğum günü münasibətilə ürəkdən və səmimi qəlbdən təbrik edirik,ona uzun ömür möhkəm cansağlığı,bol ruzi - bərəkət, şanlı qismət, yeni -yeni uğurlar, yeni -yeni nailiyyətlər, bir- birindən gözəl illər, xoşbəx və firavan həyat, bir sözlə parlaq gələcək arzulayırıq!...


 Nə yaxşı ki varsınız!..

 Nə yaxşı ki, sizi tanımışıq!..        

Nə yaxşı ki bizimləsniz!..

Ad günüz mübarək olsun hörməti polkovnik!


Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri, BMTV infonun direktor müavini Ramiz Ağayev