Əslən Şuşadan olan Mehman adlı ziyalı bir şəxsin övladıyam. Uşaq ikən evimizin qonaqları şairlər, yazarlar, rəssamlar, bir sözlə, ziyalılar, elm və incəsənət xadimləri olmuşlar. Belə ziyalıları evimizdə tez-tez görmək, onların arasında böyümək məndə şeirə, ədəbiyyata uşaqlıqda xüsusi bir maraq oyadır ki, bu da məni məktəbi əla qiymətlərlə bitirdikdən sonra BDU-nun filologiya fakültəsinə aparır. Orada mən Əliyar Qarabağlı, Yusif Seyidov, Nizami Cəfərov, Şamil Qurbanov, Ağa Laçınlı kimi gözəl, savadlı müəlimlərdən dərs almışam. Bu gün mən nəsihət, məsnəvi, rübai və sərbəst şeirlər yazıram. “Qaranlıq gecənin bir sabahı var”, “Seçilmiş şeirlərim”, “Müdriklik xəzinəsi” adlı kitabların müəllifiyəm.

                           Gözəl Allahımv

Əlimdən tutursan yıxılanda mən, Qoymursan heç yerdə heç vaxt əyiləm. Mənim ömür dostum, vəfalı şahım.

Ey böyük, ey uca gözəl Allahım.

Hər yerdə köməyim olmusan mənim, Mənim ürək dostum, könül həmdəmim. Səndən istəyirəm nə istəsəm mən, Hörməti, sevgini səndən görmüşəm.

Mən necə deməyim “çox şükür” sənə, Baxıb sevinərkən səadətimə?!

Səni dərk etməyən bəşər yerinə, Deyirəm, çox sağ ol hər yerdə sənə. Bu qədər nemətlər yaratmısan sən, Səni dərk etmək də çətindir hərdən. İnsan aciz qalır böyüklüyünə, Baxanda çox şeyin gözəlliyinə...

                           HEYDƏR BABA

(Ulu öndərimizin ruhuna sevgi və sayğılarımla...)

Ləyaqətli bir ömür yaşadı Heydər baba,

Səadətə yol açdı,ümid verdi sabaha...

Hamımızın yoluna işıq saçıb şam kimi,

Ulu öndər yaşadı,

sözməz bir ulduz kimi...

Miras qoydu bizlərə kamil oğul böyüdüb,

Özü də sağlığında danılmaz işlər görüb...

Gözlərimiz yaşarır bu gün adı gələndə,

Ləyaqətlə anırıq bu adı eşidəndə...

Sayəsində ucaldı Vətənimizin adı,

Azərbaycan özü bir, sözün deyən dünyadı...

                       HƏSRƏTƏ SON

Gəzdim, ilham aldım ata yurdumdan,

İlham pəriləri oyanar indi...

Bildim ki, yazacam öz diyarımdan,

Yazıb-yaratmağın məqamı gəldi.

İlahi, bu qədər gözəldir Şuşa,

Qoy Allah qorusun onu nəzərdən.

Görənlər heyrətlə edir tamaşa,

Tanrı ayırmasın onu bizlərdən.

Həsrətə son qoyan şəhidlərimin,

Məkanı cənnətdir bilirəm indi.

Vüsala qovuşan əziz millərim,

Qarabağ əbədi artıq bizimdir!

                        Şah və kəniz

Bir gün bir məmləkətdə zalım bir şah var idi, Çətin sualları ilə vəziri mat edirdi.

Bir gün vəzirini o, çağıraraq yanına, Çətin suallarını sırayla verdi ona.

Vəzir xəyala daldı, sualı çətin sandı, Çox düşünüb beləcə, xeyli xəyala daldı. Kənizlərdən birini dərhal yadına saldı, Kənizlərdən birisi ağıllı kəniz idi,

Çətin suallar ona çox vaxt asan gəlirdi. Ağıllı kənizi o, tez çağırdı yanına,

Ən çətin sualı da, düşünüb verdi ona. Kəniz tapdı sualın cavabını beləcə,

Özü kəniz olsa da, onda çoxmuş düşüncə. Şah çağırıb vəziri, soruşdu vəzirindən:

-Söylə görüm nə etdin, cavabları tapdın sən?

-Bəli, əziz şahımız, cavabları tapdım mən.

-Düzünü de, vəzirim, özünmü tapdım bunu, Yoxsa kənardan sənə söylədilərmi onu?

-Kənizlərdən birisi cavabı tapdı düzü, Özü də çox tez tapdı, düşünmədi çox özü.

Şah əmr etdi: -Qoy gəlsin, cavabı tapan kəniz! Bu gündən etibarən vəzirimdir o kəniz!

Kəniz gəlib dayandı düz şahın göz önündə, Vəzir olacağını düşünməzdi ömründə.

Kənizin gözlərindən yaşlar süzülüb axdı, Şahın üzünə o, böyük təəccüblə baxdı.

Həyatda heç kim bilməz nələr gözləyir onu. Səbirlə yaşayanın möcüzə imiş sonu.

Yetər ki, hər insanın əməli saleh olsun, İnsanın yol yoldaşı ağılı, kamalı olsun.

                           Qonşular

Dadlı bir xörəyi bişirən zaman,

Qonsunun da payın göndərərdik biz...

Hanı o qonşular,hanı o günlər?

Dəyişib zəmanə, dəyişmişik biz...

Qonşu qonşusuna paxıllıq edir,

"Niyə onda bu var, məndə yox?" deyir.

Dərdinə qalardı qonşu qonşunun,

Halını sorardı hər zaman onun.

İndi hər bir evin öz dərdi vardır,

Hər kəsi öz dərdi maraqlandırır.

Zəmanə ağırdır deyib insanlar,

Hər gün bir-birindən uzaqlaşırlar.

Qələmim hökm etdi nədənsə mənə,

Qonşu haqda yazım, bu gün sizlərə.

Qonşum qonşu olsa, deyib atalar,

Kor qızım da belə, bir ailə qurar...

Qonşunun rolu da böyükdür yaman,

İnsan taleyində, göstərdi zaman...

Olmasın heç kimin paxıl qonşusu,

Yaman çətin olur bunun qorxusu.

Atalar çəkmişlər bu haqda misal,

Ev alma, alanda yaxşı qonşu al.

Arzumdur Tanrıdan bütün qonşular,

Hər zaman mehriban, şən yaşasınlar.

İstərəm yenədə o günlər gələ,

Qonşular məhəllədə şənlənə, gülə...

                          Azərbaycan

Dünyada bir yer var, Azərbaycandır adı. Ağızlardan getməz nemətlərinin dadı.

Hara getsəm belə sənsən Vətənim, Səninlə döyünür bu təmiz qəlbim. Sən odlar yurdusan, gözəl diyarsan, Tanrıdan bizlərə bir yadigarsan!

Xəzər bəzəyindir, Qarabağ gözün, Özünə çəkirsən dünyanın gözün. Yad gözlər dikilib sənə əzəldən, Qoy tanrım qorusun səni nəzərdən. Dünyanın ən gözəl məkanısan sən, Döyünən qəlbimsən sinəmdə Vətən!

                SAYANIMIN QULUYAM

Sayanımın quluyam, saymayanın ağası,

Nankorlarla doludur bu dünyanın yarısı.

Səni görməzdən gələn paxıllarçün üzülmə,

Hər kəsə könül açıb, dərdini də söyləmə.

Dəyər verən verəcək kiçik ləyaqətinə,

Kürəyini söykəmə zalım mərhəmətinə.

Allahındır onsuz da sənə hər şeyi verən,

Zalımlara axı sən niyə boyun əyəsən.

Əyilmə heç zaman zalımlar qarşısında,

Onda Tanrı da durar, hökmən sənin arxanda.

Dəyəri ver özünə, ürəyinin səsinə,

Çox da qulaq asma gəl, nadanların dərsinə...

Arifin qiymətin verə bilməz ki nadan,

Arifsən, nadandan gen durmalısan.

Ariflə danışsan, ariflə gülsən,

Həmin o ariflə yüksələcəksən.


Müəllif: Aytəkin Mehmanqızı