Azərbaycan və Türkiyə arasında qarşılıqlı hərbi təhlükəsizlik möhkəmləndiriləcək.


BMTV.İNFO xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.


Belə ki, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.