1982 - 2000-ci illərdə Sovet Ordusunda, SSRİ Daxili işlər oranlarında, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı, sadəliyi, iradl, səmimiyyəti , işgüzarlığı və mənəvi keyfiyyətləri ilə seçilən, istefada olan kapitan Nağdəliyev Həsrət Məhəmməd oğlunun dekabr ayının 12-də saat 24: 00 radələrində 61 yaşında Bakı şəhərində qəflətən vəfat edib.Dəfin mərasimi 13 dekabr Qazax rayonunun birinci Şıxlı kəndində olacaq.

Peşəkar və təcrübəli zabit, vətənpərvər və torpağına bağlı insan kapitan Nağdəliyev Həsrət Məhəmməd oğlu 1964-cı illin dekabr ayının 12-də Qazax rayonun birinci Şıxlı kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.

 Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, kapitan Həsrət Nağdəliyev 1982-ci ildə Qazax rayonun birinci Şıxlı kənd orta məktəbi, 1986-ci ildə isə Bakı Ali Ümümqoşun Komandirlər Məktəbini bitirmişdir.  

Həsrət Nağdəliyev DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim-metodiku toplanışlarda, hərbi və xüsusi-taktiki təlimlərdə, komanda-qərargah məşqilərində, nümnəvi-göstərici məşğələlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak etmişdir. 

 Xoş rəftarı və şirin dili ilə hər kəslə isti münasibət yaradan, Həsrət Nağdəliyev 1986-1994- cü illərdə Sovet Ordusunda və Daxili İşlər Orqanlarında taqım komandiri, bölük komandiri, sahə rəisi vəzifələrində calışmışdır.

1994-2000-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Gəncə şəhərində, Yevlax və Qazax rayonlarında yerləşən hərbi hissələrində və ayrıca yerləşən bölmələrdə bölük komandiri vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmiş dir.

Həsrət Nağdəliyev Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində nümunə olmuşdur.

Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil işlər nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin, Daxili işlər nazirliyinn və Daxili Qoşunların təchizat anbarların və inzibatı binaların mühafizə olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,şəhərdə, daxili işlər orqanları ilə birlikdə yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində post-patrul xidməti vastəsi ilə ictimai asayişin qorunmasında və ictimai təhlükəsuzliyin təmin olunmasında, fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.   

Hərbı yoldaşları Həsrət Nağdəliyevi vətənpərvər, qoruxmaz, zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı, orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə SSRİ Müdafiə Nazirinin və onun müavinlərinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəsi nişanları ilə təltif edlib, bir çox fərmanlarla, diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilmişdir:


“SSRİ Silahlı Qüvvələrin 70 illiyi (1918-1988)” yubiley medalı ilə.



2."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

   

Daxili Qoşunların Komandanlığı, Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların hərbi vəzifələri, kollektivi istefada olan kapitan Nağdəliyev Həsrət Məhəmməd oğlunun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. 

Allah rəhmət eləsin! 


Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev