2010-2013-cü il tarixdə Nərimanov rayonu Məmməd Arif və Aşıq Qərib küçələrində təmirli mənzilləri öz vəsaitimiz hesabına tikmişik, övladlarımzla birgə həmin mənzildə yaşamışıq.Mənzilimizə müqavilə əsasında qaz, işıq, su sayğacları, telefon qoşulmuşdur və vətəndaşlardan məişət tullantılarının yığılması üçün hər ay ödənişlər alınmışdır .Mənzillərimizin olduğu ünvan üzrə 38 saylı MKİS-dən , Nərimanov Rayon Bələdiyyəsindən həmin mənzillərdə yaşamağımıza dair müvafiq arayışlar almışıq.Həmin ərazidə mənzili tikən zaman dövlətin müvafiq qurumları tərəfindən hansısa etiraz bildirilməyib və etirazsız, fasiləsiz həmin mənzillərdə ailəmizlə birgə yaşamışıq.Mənzilimizə kompensasiya verilmədən, məhkəmə qərarı olmadan qanunsuz olaraq gözümüz önündə Bakı Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Dəmir Yolları “QSC tərəfindən vətəndaşların gözü önündə əşyaları evlərin içində qala qala sökülərək, 175 ailə küçələrə atılmışıq. Şikayətimizə baxan yoxdur, xahiş edirik kömək edəsiz.