Onun zəhməti, əzmi və həyat yolu elmdə, təhsildə, mədəniyyətdə və incəsənətdə misilsiz töhfələr vermiş, xalqımıza böyük hörmət qazandırmışdır.
M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri olan professor Nərgiz xanım Paşayeva, bu mühüm vəzifələrdə ölkəmizin elmi və mədəni əlaqələrinin möhkəmlənməsinə və beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verir.
Oksford Universitetindəki Nizami Gəncəvi Mərkəzinin inkişafı və Azərbaycan ilə Qafqaz bölgəsinin elmi və mədəni irsinin dünya ictimaiyyətinə təqdim olunması sahəsində Nərgiz xanımın xidmətləri əvəzsizdir. O, bu mərkəz vasitəsilə bir çox beynəlxalq konfranslar və elmi tədbirlər təşkil edərək, Azərbaycanın zəngin mədəniyyətini dünya səviyyəsində tanıtmışdır.
Bu əlamətdar gündə Nərgiz xanım Paşayevanı ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ailəsi ilə birlikdə uzun və xoşbəxt bir ömür arzulayıram. Müstəqil Azərbaycanın daha da inkişafı naminə məqsədyönlü və şərəfli fəaliyyətində uğurlarının davamını diləyirəm. Onun kimi dəyərli şəxsiyyətlərin varlığı ölkəmizin gələcəyinə böyük ümidlər bəxş edir!



0 Yorumlar