Azərbaycan Silahlı Qüvvələrinin Baş - Leytenantı olan Hikmət İldırım oğlu Səfərov 11 iyul 1972 - ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. O, 2020 - ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 10 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanan Hikmət Səfərov 8 dekabr tarixində Bakıda müalicə aldığı Hərbi Hospitalda Şəhidlik zirvəsinə ucalıb.
Hikmət Səfərov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Ağdamın azad olunmasına görə" medalları və 3 - cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
ALLAH rəhmət eləsin



0 Yorumlar