Daxili İşlər Nazirliyinin Baş - Leytenantı olan Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov 27 aprel 1950 - ci ildə Şəki rayonunun Oxud kəndində, İkinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ("Armed Mişel") ailəsində anadan olub. 1971 - ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilib. Daha sonra Milis məktəbini bitirirərək "Leytenant" rütbəsi alıb. 1990 - cı ildə Mikayıl Cəbrayılov tabeliyində 4 milis işçisi Eyvaz, Nazim, Azər və Arzu Əliyevlə birlikdə Qarabağa ezam olunub. O, 15 dekabr 1990 - cı il tarixində Kosalar kəndindəki əhali üçün ayrılmış taxılı gətirməyə gedən zaman pusquya düşüb və erməni terrorçuları ilə baş verən silahlı qarşıdurma zamanı qəhrəmancasına Şəhid olub.


Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992 - ci il tarixli 831 saylı Fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.


ALLAH rəhmət eləsin