Bu gün, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin akt zalında AVMVİB nin BMTV.İNFO və Səda Tv nin birgə təşkilatçılığı ilə Qazi, İlahiyyatçı, araşdırmaçı yazar Hacı Həsən Hüseyininin 25 Dekabr 2024 cü ildə Qroznuya uçan Azala məxsus təyyarənin Ruslar tərəfindən vurularaq zədələnməsinə baxmayaraq, öz həyatlarını bahasına sərnişinlərin yarısını xilas edən,

Milli Qəhrəman Pilotlar kapitan İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və struadessa Hökümət Əliyevaya həsr etdiyi "Əbədiyyətə uçan təyyarə" adlı kitabının təqdimatı keçirildi.

Tədbirdə Milli Qəhrəmanların ailə üzvləri, Şəhid ailələri, qazilər, yazarlar və ziyalılar iştirak edirdi.

İlk öncə Azərbaycan Dövlət Himni səsləndirildi, Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Səda TV nin əməkdaşı Hacı Mahir açaraq Hacı Həsənin yaradıcılığı barədə tədbir iştirakçılarına qısa məlumat verdikdən sonra söz çıxışçılar verildi. Tədbirdə iştirak edən hər kəs qısa məzmunda çıxış edərək, ərsəyə gələn kitab barədə öz müsbət fikirlərini söylədilər. 

Demokratik Cəmiyyət Və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi sədri olaraq çıxış etdim,sonda Qazi Hacı Həsən Hüseyni qardaşımıza kitabın ərsəyə gəlməsi münasibətilə təbrik edib, uğurlar arzuladım