Bakının Nəsimi rayonunda yerləşən və qatarların hərəkəti üçün nəzərdə tutulan körpülərdən birində təhlükəli çatlar əmələ gəlib.

BMTV.İNFO xəbər verir ki, söhbət "Trump Tower" və "Excelsior" otellərinin yaxınlığında yerləşən körpüdən gedir. Artıq mütəxəssislər sözügedən körpüdə sürüşməyə görə araşdırmaya başlayıblar. 

Sürüşmənin davam edib-etmədiyini müəyyən etmək üçün çat olan hissələrə kağız parçası yapışdırılıb. İddia olunur ki, sürüşmə davam edərsə, Bakı Dəmiryol Vağzalından qatarların regionlara gediş-gəlişinə müəyyən vaxta qədər məhdudiyyət qoyula bilər.