• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • BİZİMLƏ ƏLAQƏ
BMTV.İNFO

Header Ads Widget

BMTV.İNFO
  • Home-icon
  • ƏSAS SƏHİFƏ
  • XƏBƏRLƏR
  • TƏBRİKLƏR
  • AVMVİB
  • BMFM
  • ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ
  • İDARƏ HEYYƏTİ VƏ İŞÇİ HEYYƏTİ

Ticker

6/recent/ticker-posts
Ana SayfaŞƏHIDLƏR ÖLMƏZ VƏTƏN BÖLUNMƏAzərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür

BMTV.İNFO Aralık 14, 2025

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür.

BMTV.İNFO xatırladır ki, Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub.

1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.

Milli Qəhrəman yunan-Roma güləşi üzrə dəfələrlə respublika çempionu, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub.

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür

Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib.

1988-ci ilin fevralında Xankəndidəki ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiyası başlanıb və ilk qaçqın dalğası Qubadlıdan keçib. Elə bu illərdə Əliyar Əliyev Qubadlıda xalq hərəkatının başçısı, demokratik qüvvələrin rəhbəri kimi tanınır. Onun təşkil etdiyi tabor camaat arasında "Pəhləvanlar taboru" adlanıb.

1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilib. Sonradan isə taborun rəhbərliyi ona həvalə olunub.

1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.

O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib.

Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub.

Tikanlı zəmi yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına şəhid olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür

Qubadlı şəhəri 25 oktyabr 2020-ci il tarixində işğaldan azad olunub. Digər işğal altında olan torpaqlarımızla birlikdə Qubadlı da düşmən tapdağından azad edildikdən sonra Milli Qəhrəmanın qəbri bərpa edilib. Qəbirdaşı hazırlanaraq ətrafı səliqəyə salınıb.

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür

TAĞ :
ŞƏHIDLƏR ÖLMƏZ VƏTƏN BÖLUNMƏ
  • Facebook
  • Twitter

Yorum Gönder

0 Yorumlar

BİZİ SOSİAL PLATFORMALARDA İZLƏYİN

AVMVİB TVNİN SAYTI

https://blogger.googleusercontent.com/img/a/AVvXsEgaS_fRKvWVMOWUngaks4N2-2uO55Dzo1LBnO3nRr0NY8TCdiU7B10eUVILvJVb9EjIB9-JzVPnjZ4RzvlYkbkFfuOHWDGP0wLmxJq0H9Y1V1a9jt4zO56WHDZwUj2wIspECVJad5tqnnzqKBGPmJEKiXBcHqBUEOQcPEJ6QO_jHUNkxtWWusoJCf6bDO0

FƏDAİ.AZ SAYTI

https://blogger.googleusercontent.com/img/a/AVvXsEjlyTjrdAW_BdOi0rJrDyHyJDPA_JxzUqS-3OcWGvtGcVeCZbIaXJ1FXWE0XWsjj980ZppM7Cke24HRbcY7jnf3GSyfcxYwMm_N8GxJcxc87AgHZWSQpnHnIZzffpmH13yn4rSHSvti9TezASd88OM1osGVX3m85jwzMryw9nIad4YgW41JXuiOczhTxVU

FOTO REKLAM BĞLMƏSİ

VİDEO REKLAM BÖLMƏSİ

SAYTIMIZI ZİYARƏT EDƏNLƏRİN SAYI

WhatsApp

Menu Footer Widget

  • ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • BİZİMLƏ ƏLAQƏ
Təşkil etdi | SoraTemplates Hazırladı | Damla Production