Hər ikisi eyni gündə - yanvarın 2-də anadan olublar;
Natiq Qasımov 1971-ci ilin yanvarın 2-də, Polad Həşimov isə 1975-ci ilin 2 yanvarında.
Hər ikisi quru qoşunlarında xidmət ediblər.
Həm Natiq Qasımov, həm də Polad Həşimov Birinci Qarabağ Müharibəsinin iştirakçısı olublar.
Hər ikisi təkcə Vətənə yox, həm də Azərbaycan xalqına dərin məhəbbəti ilə seçiliblər:
Natiq Qasımov Xocalı soyqırımında soydaşlarımızın müsibətləri barədə eşitdikdən sonra cəbhəyə yollanıb.
Polad Həşimov isə ona verilən mənzili başqa ailəyə bağışlamaqla, əsgərlərinə təmənnasız yardımı ilə…
Hər ikisi yaşıllığı, ağac əkməyi çox sevib.
Bu, Polad Həşimovun ən böyük arzularından biri olub.
Lakin Natiq Qasımov kimi o da arzusuna nail ola bilməyib.
Ailəsi onun şəhid olmasından sonra həyətdə ağac əkib.
Natiq Qasımov da, Polad Həşimov da yüksək nizam-intizamlı olmaları ilə seçiliblər.
Natiq Qasımov komandirinin tapşırığına sonadək əməl edərək döyüş mövqeyini tərk etməyib.
Hər ikisi şəhid olmalarından sonra Milli Qəhrəman adını alıblar.
Ən nəhayət, hər ikisinin məkanı cənnətdir.
Allah ruhlarını şad etsin.
BMTN.İNFO nun Təsisçisi və İcraçı direktoru İlham Rəsulzadə



0 Yorumlar