Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Yusif Əliyev 2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olub.
BMTV.İNFO xəbər verir ki, o, 1991-ci ilin fevralında Goranboyda ilk döyüş sınağından çıxıb. Silahlı erməni quldurlarının Buzluq, Mənəşli, Erkəç kəndlərinə basqınları zamanı kəndlərin müdafiəsində yaxından iştirak edib. O, 1991-ci ilin 14 sentyabr tarixində düşmənin Buzluq kəndinə hücumu zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Əliyev Yusif Əliyusif oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Ruhu şad olsun!



0 Yorumlar