Azərbaycan Respublikasının Müdafiə Nazirliyin  həyatında öz dəst-xətti və xüsusi xidmətləri olmuş, yüksək peşəkarlığı,humanistliyi,   işgüzarlığı, xeyirxahlığı, vətənpərvərliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, səmərəli fəaliyyəti, təvazökarlığı, vətənpərvərliyi , yurdsevərliyi, iradı  və mənəvi keyfiyyətləri  ilə seçilən, ömrünün  ən məhsuldar dövrünün  25 ildən çox şərəfli  xidmət yolunu SSRİ və Azərbaycan Respublikasının   Müdafiə Nazirliyinin müvafiq strukturlarında keçirmiş, təcrübəli hərbçi, Azərbaycan Respublikasının Müdafiə Nazirinin sabiq müavini olmuş, dəyərli el oğlumuz polkovnik  Səlimov Mehman  Əmirxan  oğlunu dekabr ayının 19 -da vəfatından 2 il ötür 

Qeyd edək ki, polkovnik Mehman Səlimov 2023 -cü ilin dekabr ayının  19- da Gəncə şəhərində Mərkəzi Klinikada  ağır pnevmoniya, ürək çatışmazlığıdan   68 yaşında  vəfat etmişdir.

Polkovnik Mehman Əmirxan oğlu Səlimov         1955-ci il avqust ayının  12-də Borcalımızın qədim və gözəl Başkeçid elində, indiki Gürcüstan Respubilkasının Dümanis rayonun Qızıl -Kilsə   kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmışdır.

 

1973  -ci   ildə Dumanis rayonundakı 1 nömrəli orta   məktəbi,1978-  ci ildə Donetsk Ali     Hərbi Siyasi məktəbi, 1987-ci ildə ildə isə V.Lenin adına SSRİ  Hərbi-   Siyasi akademiyanı bitirmişdir. 

 

Polkovnik Mehman Səlimov  Sovet və Azərbaycan   ordularında  xidmət etdiyi illər ərzində Vətənimizdə, xarici ölkələrdə  müvafiq ixtisas artırılma kurslarında,  Müdafiə Nazirliyində  və hərbi hissələrində    keçirilən bir      çox    təlim-  metodiki toplanışlarda, xüsusi-taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.

 

 Polkovnik    Mehman Səlimov   1984-1991 -ci illərdə  SSRİ Müdafiə  Nazirliyinin Kiyev Hərbi Dairəsində, Zaqafqaziya Hərbi Dairəsinin Leninakan, Bakı və Gəncə şəhərl ərində  yerləşən hərbi hissə və diviziyaların  birində    böluk, tabor, və alay   komandirinin siyasi məsələlər üzrə müavini, diviziya komandirinin müavini-siyasu şöbənin   rəisi vəzifələrində xidmətini  davam etdirmişdir.

   

Mehman       Səlimov 1991-ci illin  yayından başlayaraq     gizli və açıq şəkildə Azərbaycanda Milli Ordu  quruculuğuna, Midafiə Nazirliyi strukturnun fo-rmalaşmasına  dəstək verməyə başlamışdır.

1992-ci ildə könüllü olaraq    Azərbaycan  Silahlı Qüvvələrinə  daxil olmuşdur.

1992-1999-cu illərdə hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə  müavini, Müdafiə       Nazirinin köməkçisi    -     şəxsi     heyətlə iş  üzrə     idarənin rəsi, Müdafiə Nazirliyinin    şəxsi     heyətlə iş üzrə idarəsinin rəis müavini,  Müdafiə nazirinin müavini- hərbi siyasi  idarənin rəisi, Azərbaycan Prezidenti Aparatında  hərbi quluqçuların məsələləri  üzrə şöbə müdürünün müavini vəzifələrində Millətə, dövlətə, vətənə və xalqa sədaqətlə   xidmət etmişdir. 


Azərbaycanın ərazi bütövlüyu uğrunda  (Kəlbəcər, Ağdərə, Tərtər və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal  iştirak edərək ona həvalə olunmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının müharibə veteranı idi.


1999-cu ilin iyul ayında Müdafiə Nazirinin müavini-hərbi siyasi  idarə rəisi ştatının ixtisarı ilə əlaqədar M.Səlimov Azərbaycan ordusundan  təxris olduqdan sonra, bir müddət  “Az-Media” analitik informasiya agentliyinin direktoru vəzifəsində çalışmışdır. 


Hərbi xidməti vəzifənlə borclarının  icrası zam anı   yüksək      mənəvi döyüş      keyfiyyətləri göstərdiyinə,      döyüş  və    ictimai-      siyasi hazırlığında, hərbi intizamın möhkəmlən dirilməsində yüksək göstəricilərə nail old uğuna və nümunəvi xidmətinə görə SSRİ və Azərbaycan Respublikasının Müdafiə   Nazirlərinin, Hərbi Dairə,     Diviziya    və hərbi  hissə komandirlərinin, Ali hərbi məktəb və Hərbi akademiya  rəislərinin müvafiq əmrlərinə əsasən  döyüş və ictimai siyası hazırlıq  üzrə   əlacı,  yubiley     və müvafiq idman dərəcəsi    döş  nişanları  ilə      olunmuşdur,   dəfələrlə  fərmanlarla, (pul mükafatı ilə) qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilmişdir.

 

Öz xidməti vəzifələrini və hərbi hissə və diviziya qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə, respublikada əmin -amanlığın təmin edilməsində,asayişin qorunmasında,dövlətin ərazi bütövlüyünün təmin edilməsində şücaət, fədakarlıq  və hərbi xidmət  keçdiyi dövrdə  göstərdiyi digər xidmətlərə görə  aşağıdakı orden və medallarla  təltif olunmuşdur:


 “Azərbaycan Bayrağı” ordeni ilə;


3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə;


3.“Qüsursuz xudmətə görə” 1-ci     dərəcəli medal ilə-Silahlı Qüvvələ rdə  20        təqvim ili xidmətə görə;


4.“Qüsursuz xidmə görə” 2-ci  dərəcəli medal ilə -   Silahlı Qüv vələrdə 15 təqvim ili xidmətə görə;


5.“Qüsursuz xidmətə görə” 3-cü     dərəcəli  medal ilə-  Silahlı Qüvvə lərdə  10    təqvim ili xidmətə görə;


6.“SSRİ   Silahlı          Qüvvələrinin  60 -iliyi (1918-1978)”  yubiley medalı ilə;


7.“SSRİ Silahlı     Qüvvlərinin 70 -iliyi (1918-1988)”yubiley    medalı ilə;


8.“Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı” medalı ilə.

 

Polkovnik Mehman Səlimovun əziz xatirəsi daimi və əbədi olaraq hamızın qəlbində yaşayacaq.


Allah rəhmət eləsin, Ruhu həmişə şad, Məkanı cənnət olsun. Amin !

 

Azərbaycan Respubilkasının         Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik  Salman Musayev