Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının həyatında özünəməxsus xidmətləri olmuş, peşəkar, təcürbəli və zəhmətkeş avtomobilist, polkovnik-leytenat Nüşravan Pərviz oğlu Mahmudovun dekabr ayının 19-da vəfat etdiyi gündür. Nüşravan 4 ildir aramızda yoxdur, ədəbiyyata, haqq dünyasına qovuşub. Təssiflər olsun ki,ömür vəfa etmədi 2021-ci ilin dekabr aynın 19 – da Bakı şəhərində vəfat etdi.
Ömrünün gününü Vətənin bütövlüyünə, xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə oğlanlardan biri də Vətən təəssübü çəkən 1987- 2003-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissədə sürücü -təlimatçı, taqım komandiri, bölük komandiri, avtomobil və zirehli texnika xidmət rəisi, hərbi hissə komandirinin maddi texniki təminat xidməti üzrə müavini, DİN-in Daxili Qoşunların Baş Idarəsində isə avtomobil və zirehli texnika şöbəsinin rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmiş, polkovnik- leytenat Nüşravan Pənah oğlu Mahmudov idi.
Qeyd edək ki, polkovnik- leytenat Nüşravan Pənah oğlu Mahmudov 1966-ci illin mart ayının 21-də Ağdam rayonunun Üçoğlan kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.
Nüşravan Mahmudov 1983-ci ildə Ağdam rayonun Üçoğlan kənd orta məktəbini,1987- ci ildə Samərqənd Ali hərbi avtomobil mühəndislər məktəbini bitrmişdirşdir.
Daxili Qoşunların formalaşması və inkişafında, cavabdeh olduğu sahədə yüksək fəaliyyət göstəricilərinin əldə edilməsində Pərviz oğlu Nüşravan Mahmudov öz əməyini, bilik və təcrübəsini əsirgəməmişdir.
Nüşravan Pənah oğlu Mahmudov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin tələb lərinin, əmir və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabecliyində olan lara və bir çox hərbi qulluqçulara şəxsi nümunə olmuşdur.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olnmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütıəvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,silahlı dəstələrin zərərsizləşdirilməsində, yaşayış məntəqələrində, cəzaçəkmə müəsə lərində kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar, bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində eləcə də Azərbaycanın ərazi bütövlüyü (Ağdam,Ağdərə Qubatlı və Füzuli rayonları istiqamətləri) uğrunda gedən döyüşlərdə hərbi hissəyə və avtomobil zirehli texnika xidmətinə (şöbəsininə) həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.Azərbaycan Respubilkasının müharibə veteranı idi.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstər diyinə, döyüş və ictimai-siyası hazır lığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və daxili işlər nazirliyin rəhbərliyi tərəfindən keçirlən xüsusi-taktiki təlimlərdə fəriqləndiyinə görə 1998- ci ilin avqust ayının 28-də Daxili İşlər Nazirnın müvafiq əmrinə əsasən, Nüşravan Mahmudova həvəsləndirmə qaydasında “Polkovnik-leytenat” hərbi rütbəsi verilmişdir.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqlən diginə görə, SSRİ və Azərbaycan Respubilkasının Daxili İşlər Nazirlərinin,Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin, şöbə rəisinin, korpus, diviziya və hərbi hissə komandirlərinin, müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunmuş, dəfələrlə fərmanlarla, qiymətli hədiyələrlə mükafatlandırılmış, ona təşəkkur elan edilmiş və aşağıdakı medallarla təltif olunmuşdur:
1.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə:
2."Qüsursuz xidmətə görə" 2 -ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı ilə;
5.“SSRİ Silahlı Qüvvələrin 70 illiyi (1918-1988)” yubileyi medalı ilə.
Hazırda haqq dünyasında olan, polkovnik-leytenant Nüşravan Pənah oğlu Mahmudovun əziz ruhu onu tanıyanlar tərəfdən hörmətlə xatırlanır və yad edilir. Belə vicdanlı oğulları ilə tanınır Vətən..
ALLAH RƏHMƏT ELƏSİN, RUHU ŞAD, MƏKANIN CƏNNƏT OLSUN!
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev







0 Yorumlar