“Unudulmaz” kapitan Həsrət Məhəmməd oğlu Nağdəliyevin 7 mərasimi  dekabr ayının 18 -də  Abşeron rayonun Masazır dairəsi A plus marketin yaxınlığında yerləşən “El-Oba mərasim” evində keçiriləcək.

Mərasim saat 11.00 da başlayıb, 18.00 kimi davam edəcək.

Bu barədə onun ailə üzvləri bildirib.

 Xatırladaq kı, “Unudulmaz” kapitan Nağdəliyev Həsrət Məhəmməd oğlu 12 dekabr 1964-cü il tarixdə Qazax rayonunun Birinci Şıxlı kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.1982-ci ildə Qazax rayonunun Birinci Şıxlı kənd orta məktəbini, 1986-cı ildə ildə isə Bakı Ali Ümumqoşun Birləşmiş Kamandanlıq məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitutu) bitirmişdir.1986 1993 -cü illərdə SSRİ Silahlı Qüvvələrində və Daxili İşlər Orqanlarında taqım komandiri, bölük komandiri və sahə rəisi vəzifələrində olmuşdur. 1994-2000-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Gəncə şəhərində, Yevlax və Qazax rayonlarında yerləşən hərbi hissədə və ayrıca yerləşən bölmələrdə bölük komandiri vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir . 12 dekabr 2025-ci il tarixdə Abşeron rayonun Masazır qəsəbəsində qəflətən vəfat etmiş, 13 dekabr Qazax rayonunun Birinci Şıxlı kənd qəbirsanlığında torpağa tapşırılmışdır.

Allah “Unudulmaz” kapitan Həsrət Nağdəliyevə və bütün dünyasını dəyişənlərmizə rəhmət eləsin!

Qəbrləri nurla dolsun!!!

Tanrı Həsrət Nağdəliyevin doğmalarına və övladlarına səbr versin və onları qorusun!

 Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev