Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının həyatında özünəməxsus xidmətləri olmuş, yüksək hərbi peşəkarlığı,humanistliyi, işgüzarlığı, dəqiqliyi, sadəliyi, səmimiyyəti, təvazökarlığı, vətənpərvərliyi,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün  ən məhsuldar dövrünün 22- ildən çox şərəfli  xidmət yolunu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında keçirmiş, unudulmaz polkovnik- leytenant  Məmmədov Maqsud Məstalı oğlunun dekabr ayının 16-da vəfatından 2 (iki) il ötür.


 Qeyd edək ki, Məmmədov Maqsud Məstalı oğlu  10 yanvar  1970-ci ildə  Zəngilan rayonunun Bürünlü kəndində dünyaya göz açmışdır.O,2023-cü ilin dekabr ayının 16 -da qəflətən Bakı şəhərində vəfat etmişdir.


 Maqsud Məmmədov 1988 -ci ildə Zəngilan rayonunun Bürünlü kənd orta məktəbi,  1994- cü ildə   Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Novosibirsk Ali  Hərbi Komandanlıq məktəbini bitirmişdir.  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Vətənimizdə və xarici ölkələrdə  müvafıq akademik ixtisas artırılma kurslarında,  Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim - metodiki toplanışlarda, komanda qərargah məşqlərində, xüsusi-taktiki   təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.

  Maqsud Məmmədov  1988-1990 -ci illərdə SSRİ  DİN-in Nazirliyinin Daxili Qoşunların Özbəkistan Respublikasında yerləşən hərbi hissələrinin birin də müddətli həqiqi hərbi xidmətdə olmuşdur

 1994-2010-cu illərdə DİN-in Daxili Qoşunlarının Füzuli, Binəqədi, Xəzər, Hacıqabul, Nərimanov rayonlarında və Lənkəran şəhərində yerləşən hərbi hissələrində  taqım komandiri, böluk komandiri, hərbi hissənin   döyüş hazırlığı bölməsının rəisi, hərbi hissə komandirinin birinci müavini - qərargah rəisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə   döyüş hazırlığı şöbəsində baş zabit  vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

M. Məmmədov gənc vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə fərqlənmiş, əxlaqı tərbiyəsi ilə daima ətrafında olan həmyaşıdlarına nümunə olmuşdur.Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü nizam və intizamlı peşəkar hərbiçi kimi göstərmişdir.

 Polkovnik- leytenant Maqsud Məmmədov təhsil aldıgı təhsil müəssisələrində, eləcə də xidmət etdiyi hərbi hissələrdə kollektiv arasında həmişə müsbət tərəfdən seçilmişdir.

  Azərbaycan Respublikasının Konstitusiyasına və qanun- larına əməl etməsi, Hərbi Andın,  Hərbi və DİN-in daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi - normativ aktların   tələblərinin yerinə yetirilməsi işində öz tabecliyində olanlara şəxsi nününə olmuşdur. 

   Maqsud Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum- əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

 Polkovnik-leytenant  Maqsud Məmmədov Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirəİlməsində, şəhərdə, kütləvi tədbirlərin keçirilmə yerlərində və yaşayış məntəqələrində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində və cəza - çəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübariz- ədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin həyata keçirməsində, , dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə  yerınə yetirmişdir.

 Məmmədov Maqsud Məstalı oğlu Daxili Qoşunların Baş İdarəsinin  hərbi hissələrində döyüş hazırlığı  bölməsinin rəisi  və hərbi hissə komandirinin müavinini-qərargah rəisi vəzifələrində   xidmət etdiyi illər ərzində taborda və əlahəddə bölmələrdə keçiirlən, yekun (nəzarət) yoxlama, eləcə də kompleks və məqsədli  qrupların rəhbəri (hərbi hissənin idman komitəsinin sədri, hərbi hissədə  təhvil- təslim, mandat, attestasiya, buraxılış imtahan komissiyalarının üzvü və sədri) olduğu   müddətdə üzərinə düşən  vəzifə və tapşırıqlar layiqincə yerinə yetirmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, onun müavinlərinin, Ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən əla xidmətlərə görə əlacı və yubiley və müvafiq idman dərəcəsi döş nisanları ilə təltif olunmuş, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilmişdir

Döyüş hazırlığındakı əla xidmətlərinə, təlimlərdə , döyüş növbəsində, döyüş xidmətində xüsusi fəriqləndiyinə şücaət və fədakarlıq göstərdiyinə eləcə də hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti adından aşağıdakı medallarla təltif olunub:

1.Qüsursuz xidmətlərə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;

2.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 -illiyi və 90-illiyi” yubiley  medalları ilə.

Heyif ki, biz 2023-cü ilin dekabr ayının 16-da Maqsud Məmmədovu itirdik.Lakin o, qəlblərdə yaşayır və yaşayacaq.

    

Allah Maq rəhmət eləsin!

Qəbri nurla olsun!

 Azərbaycan Respubilkasının Silahlı Qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüqpolkovnik Salman Musayev