1992- ci illin dekabr ayının 16-da ilk saylı işıq üzü görən Daxili İşlər Nazirliyi (Din-in) Daxili Qoşunların “Əsgər” qəzetinin yaradılmasından 33 il ötür.
”Əsgər” qəzeti səngərlərdə yaylan ilk mətbu orqanlardan biri kimi döyüşçülərimizin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynamışdır.
Dünyada hər bir dəyərdən üstün bir dəyər var.Bu qədim mütərəqqi adət- ənənələrə ..söykənən milli dəyərdir...Bu baxımdan Xalqımızın maddi - mənəvi mili dəyərləri sırasında onun tarix boyu həyat yolunu, yaşam tərzini, dövlətçilik ənənələrini və qəhrəmanlıq salnamələrini, estetik dünya görüşünü özündə əks etdirən milli mətbuatın xüsusi yeri və rolü var. Müstəqiliyimizin yenicə əldə edildiyi bir vaxtda, mənfur düşmən qüvvələrlə- ermənistan və havadarlar ilə müharibə zamanı əsgərlərimizin döyüş salnaməsini, qəhrəmanlıq tarixini, ən başlıcası, müstəqil dövlət quruqçuluğumuzu geniş oxucu auditoriyasına çatdırmaq üçün əsgər tək döyüşkən bir mətbu orqanın, "Əsgər" qəzetinin nəşr tarixi bir zərurət kimi meydana çıxmışdır. 16 dekabr 1992 -ci il tarixdə, hörmətli mərhum şairiniz Vaqif Səmədoğlunun və başqa ziyalılarmızın xeyir- duası və tövsiyəsizlə DİN - in Daxili Qoşunların mətbu orqanı "Əsgər" qəzeti işıq üzü görmüşdür.Bununla da redaksiyanın yaradıcı jurnalist heyəti Farma Abbasquliyeva, mərhum əməkdar jurnalist Təranə Məmmədova və Əli qızı Roza xanımların, mərhum Rafail Rzayev, Eldəniz Abbasov, Mərdan Hüseynili (Hüseynov), Vahid Məhərrəmov, İlham Babayev , Bəxtiyar Abdullayev, Anar Aliyev, Rəşad Sarıyev, Anar Əhmədov, Yalçın Abbasov və Arzu Şahvediyeva adlı yaradıcı jurnalist heyəti tərəfindən yeni müstəqil dövlətimizin hərbi jurnalistikasının əsası qoyulmuşdur. Bu gün "Əsgər" qəzetinin xilaskar, qalib orduquruculuğu sahəsində xalqımıza bəxş etdiyi uğurlar və töhfələrlə qürur duymaq bütün əməkdaşlar ilə yanaşı, şərəfli xidmət, möhtəşəm qələbə yolu keçən Daxili Qoşunların hər bir hərbi qulluqçusunun mənəvi haqqıdır. Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitlərləri (hərbi vəzifələri), kollektivi yarandığı gündən bu günədək Vətənin keşiyində müsəlləh əsgər tək dayanan "Əsgər “qəzetinin bütün sabiq və hazırkı kollektivini qəzetin 33 illik il dönümü münasibətilə səmimi qəlbdən təbrik edirik, onlara möhkəm cansağlığı, yeni -yeni yaradıcılıq uğurları, əbədiyaşar qələbə sevinci arzulayırıq.
Dərin fəxarət hissi ilə:
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharbə veteranı, peşəkar hərbiçi və hüquqşünas polkovnik Salaman Musayev


















0 Yorumlar