Naxcvan Muxtar Respublikasının kecmiş Fövqəladə hallar naziri general -leytenant Şamı Abdullayevin 3 mərasimi dekabrı ayının 16-da Bakı şəhəri “Heydər” məscidində keçiriləcək. 

Mərasim saat 11.00- da başlayıb 16.00 kimi davam edəcək..

Xatırladaq kı, unudulmaz general- leytenant Şamı Abdullayev 14 dekabr Bakı şəhərində vəfat edib və 15 dekabr Bakı şəhəri Yasamal (“Qurd qapısı) qəbiristanlığında torpağa tapşırılıb.

 Naxçıvan Muxtar Respublikasının kecmiş Fövqəladə Hallar Naziri

general-leytenant Şamı İsmayıl oğlu Abdullayev

05 yanvar 1962-ci ildə

Uli Borçalı mahalının qədim Başkeçid elində, indiki Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub.Orta təhsilini Gürcüstan Respublikasının Dumanisi rayonunda ( Başkeçidin Muğanlı kəndində) almışdır. Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi və Rusiya Federasiyasının V.V.Kuybışev adına Hərbi Mühəndislik Akademiyasının mülkü müdafiə fakultəsini bitirmişdir 

1984- 1991-ci illərdə SSRİ Silahlı Qüvvələrində müxtəlif zabit və baş zabit vəzifələrində olmuşdur.

1992-2006-ci illərdə Azərbaycan Ordusunun Naxcvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən gücləndirilmiş motoatıcı briqadanın komandiri, beşinci ordu korpus komandirinin maddi- texniki təminat üzrə müavini,2006 -2023-cü illərdə isə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Halar Naziri vəzifələrində xidmət etmişdir.

Öz xidməti vəzifələrini, Hərbi Hissə, Diviziya ,Korpus və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Halar Nazirliyi qarşısında qoyulmuş vəzifə və tapşırıqları yerinə yetirərkən xüsusi fərqləndiyinə və şücaət göstərdiyinə, eləcə də xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Samı Abdullayev bir sıra medallarlarla, əla xidmətlərə görə əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olunmuş, diplomlarla, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fövqəladə halların qarşısının alınmasında və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında göstərdikləri fədakarlığa və yüksək peşəkarlığa, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin 14 Dekabr 2010-cu il tarixli sərəncamı ilə Samı İsmayıl oğlu Abdullayev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.


Allah rəhmət eləsin, məkanı cənnət olsun!

Dərin hörmətlə və səmimiyyətlə: Polkovnik Salman Musayev