"Biz müdafiə oyunu qurmamışdıq".
BMTV.İNFO xəbər verir ki, bu barədə "Qarabağ" -"Çelsi" oyunundan sonra mətbuat konfransında baş məşqçi Qurban Qurbanov deyib.
O bildirib ki, oyunçularına hücuma çıxmağı, pressinq tətbiq etməyi tapşırıb:
"Oyunda müəyyən epizodlarda riskə də getdik. Bəlkə də oyunçularım müdafiə ilə bağlı tapşırıq verəcəyimi gözləyirdilər. Lakin mən belə "qorxaq" oyun istəmirdim. Bizim ikinci qolumuz da rəqibə pressinq sayəsində əldə edilmiş penaltidən sonra vuruldu. Mən daha çox oyunu rəqibin zonasında qurmağı sevirəm".
Baş məşqçi Kadinin zədəsi barədə də danışıb:
"Kadinin zədəsi ciddiyə oxşayır. Ayağında qırıq olması mümkündür. Sabah müayinələrdən sonra dəqiq nəsə demək olar".
Qeyd edək ki, qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
Murad Nəsimi



0 Yorumlar