"Bizi qarşıda gözləyən Zəfər Gününə görə oyunun belə güclü mübarizə şəraitində keçməsi məni sevindirdi".
BMTV.İNFO xəbər verir ki, bu barədə "Qarabağ" -"Çelsi" oyunundan sonra mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, Avropanın ən güclü komandasına qarşı oynasalar da, komanda rəqibdən çəkinməyib:
"İngilis klublarına qarşı səkkizinci oyunumuzda ilk xalımız idi. Bu da bizi xüsusən sevindirir. Qarşıdakı rəqiblər bəlkə də bizi üç xal qazanmaq üçün gözləyirlər. Buna görə də bundan sonrakı oyunlara daha da ciddi hazırlaşmalayıq. Bu cür oyunlar xalqımıza futbolu xüsusi olaraq sevdirir", - Q.Qurbanov deyib.
Qeyd edək ki, qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
Murad Nəsimi



0 Yorumlar