"Bəlkə də azarkeşlər gözləmirdilər, amma biz yaxşı hazırlıq keçdik və əlimizdən gələni etdik. Bəlkə ilk hissədə bəxtimiz gətirmədi, bir neçə qol buraxdıq, amma sonra məşqdə keçdiyimiz hazırlıq bu gün özünü göstərdi. Bəlkə qələbə də qazana bilərdik, amma yekunda bir xala da razıyıq".

BMTV.İNFO xəbər verir ki, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç "Çelsi" ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turundakı matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

"Bu turnirdə səviyyə çox yüksəkdir, yüksəkkeyfiyyətli futbolçular var, güclü komandalar var. Sözsüz ki, gözləmək də olmaz ki, oyuna çıxıb udacağıq. Biz əlimizdən gələni edirik, üzərimizdə təzyiq var. Çalışırıq ki, növbəti oyunlarda yaxşı nəticələr əldə edək"- deyə oyunçu bildirib.