2017-ci ildə “Aprel döyüşləri”indən sonra Şəhidlərimizdən olan Pəncəli Teymurovun həyatı və döyüş yolu ilə maraqlandım... Pəncəlinin əmisi Şirməmməd müəllim mənim tələbə yoldaşımdır və onunla əlaqə yaradıb, Astaranın Əzrüd kəndinə gedib Pəncəlinin məzarını ziyarət etdim. Orada lazımı məlumatlar əldə edəndən sonra Bakıya qayıtdım. “Milli Qəhrəman Pəncəli” poemasını yazdım və AYB-nin Natəvan klubunda təqdimatını keçirdim. Qazilərimizdən, Jurnalistlərimizdən də təqdimatda iştirak edənlər oldu... Təqdimatdan şəkililər var və burada göstərməyi münasib saymadım... Pəncəliyə o zaman MİLLİ QƏHRƏMAN adı verilməmişdi... Dövlət işçilərindən olan birisi mənə irad tutdu ki, “Sən hansı səlahiyyətlə ad verirsən!” ... Mənim cavabım oldu ki, “Yazmışam də... cəza almağa da hazıram...” o adamın içində hiss etdim ki, Vətənə, Şəhidlərimizə böyük sevgi vardı... nə isə, sonra mənə heç kim bir söz demədi... Mən inanırdım ki, Pəncəlinin haqqı nə vaxtsa veriləcək... Eşidəndə ki, Pəncəliyə dövlət tərəfindən MİLLİ QƏHRƏMAN adı verilib, çox şad oldum! Vətən uğurunda Şəhid, Qazi olan oğullarımızın hamsı da MİLLİ QƏHRƏMANDIR....



0 Yorumlar