27 noyabr - Şuşanın azad olunması zamanı Şəhid olmuş Tural Rəfayıl oğlu Xudiyevin (27.11.1998 - 08.11. 2020) doğum günüdür. 

     Əslən ağdamlı, Quzanlı Şəhidlər xiyabanında dəfn edilmis, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Xocavəndin azad olunmasına görə" medalıları ilə təltif olunmuş Şəhidimizin 27 illiyində əziz xatirəsini ehtiramla, rəhmətlə yad edirik. İthaf şeirimlə qutsal ruhuna salam olsun!


Can qoyaraq torpağına, 

Ruhu hopub bayrağına,

Dönüb zəfər sorağına

Ulu yurdun şəhid Tural!

Şanlı yola şahid Tural! 


Dildə əzbər Vətən sözü,

Candan əziz Vətən özü.

Köksündəki nisgil közü 

Yağılara sipər oldu!

Ərənlərtək bir ər oldu!


Qırx dörd günlük savaş səsi -

Qəhrəmanlıq səlnaməsi.

Sönbaharın yaz çöhrəsi

Şəhidlərin gül üzündə

Gülümsəyir göy üzündə...

        ✒️ Tapdıq ƏLİBƏYLİ