"Məncə, ilk dəfə belə uğuru qazanan məşqçi olmaq həm də ən yaxşı məşqçi olmaq demək deyil".

BMTV.İNFO xəbər verir ki, bu barədə "Qarabağ" -"Çelsi" oyunundan sonra mətbuat konfransında baş məşqçi Qurban Qurbanov deyib.

Baş məşqçi "Qarabag"da qalıb Aleks Fergüson kimi olmaq, yoxsa "Qarabağ"dan gedib Pep Quardiola kimi olmaq sualına da maraqlı cavab verib:

"Məni anam Qurban olaraq dünyaya gətirib. Qurban olaraq da qalmaq istəyirəm".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Murad Nəsimi