Dağlı Musanın ən böyük xidmətlərindən biri Böyük Zirə (Nargin) adasında əsir saxlanan türk əsgərlərinə köməyi olub. Birinci Dünya Müharibəsində əsir alınmış türklərin 600 nəfəri Böyük Zirə adasında saxlanılırdı. Musa və qardaşı Qurbanqulu pulla onların bir qismini rus əsgərlərindən satın alır, yaxud qaçırıb vətənlərinə yola salırdılar. Bəzən bir günə 10-14 əsir qaçırılırdı. 1917-ci ilin əvvəlindən sonunadək 200 nəfərdən artıq türk əsir zabit və əsgərin qaçırılması faktı öz əksini tapır.

Ermənilər Bakıya hücum edəndə, Dağlı Musa və digər qoçular öz vəsaitləri hesabına aldıqları silah-sursatı camaata paylayıb, müdafiə dəstələri yaradıblar və özləri də döyüşüblər. Qafqaz İslam Ordusunun komandanı Nuru paşa ona ermənilərə qarşı döyüşlərdə göstərdiyi igidliyə görə yüzbaşı rütbəsi verilməsi haqqında fərman imzalayıb. Dağlı Musa 1920-ci ilin əvvəlində Nuru paşanın dəvəti ilə Türkiyəyə gedərək Ənvər paşaya təqdim edilib. Dağlı Musa 1934-cü ildə Türkiyədən vətənə qayıdıb və az müddət sonra tərəfindən həbs olunub. 1938-ci ildə cəzasının tam çəkdikdən sonra azadlığa buraxılıb. 1956-cı ildə Bakıda vəfat edib.