Qürurla yad edirik!
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Sahib Yaşar oğlu Məmmədov 1989-cu il noyabrın 13-də Culfa rayonunun Yaycı kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 19-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Sahib Məmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!



0 Yorumlar