BMTV.İNFO Oxu24.com tarixi şəxsiyyətlə bağlı maraqlı məlumatı təqdim edir:
Həsən ağa Bakıxanov 1833-cü ildə Qubada, Cəfərqulu ağa Bakıxanovun ailəsində doğulub.
14 yaşında Tiflis Kadet korpusunu bitirən Həsən ağa hərbi təhsilini davam etdirmək üçün Peterburqdakı Paj korpusuna daxil olur.
Hərbi məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra o, xidmət etmək keçmək üçün Əlahiddə Qafqaz Ordusuna göndərilir. Dəfələrlə hərbi yürüşlərdə iştirak etdiyinə görə orden və medallarla təltif olunub.
1894-cü ildə tərtib olunmuş bir arxiv sənədində general-mayor Həsən ağa Bakıxanovun təltif olunduğu orden və medallar qeydə alınıb.
O, 3-cü dərəcəli Müqəddəs Vladimir, üzərində "İgidliyə görə" yazısı olan 4-cü dərəcəli Müqəddəs Anna, 2-ci və 3-cü dərəcəli Müqəddəs Stanislav, 116 nömrəli 2-ci dərəcəli hərbi fərqlənmə ordeni, Georgi lenti üzərində qızıl medalla, Müqəddəs hərbi Georgi ordeninin 100 illiyi şərəfinə buraxılmış bürünc medalla, 1877–1878-ci il müharibəsi xatirəsinə buraxılmış bürünc medal və Qafqazda xidmətinə görə xaçla təltif olunub.
Bir müddət İrandakı Rusiya səfirliyində xidmət etdiyinə görə Həsən ağa Bakıxanov həmin ölkənin ən ali ordeni olan "Şiri-Xurşid" ordeninə layiq görülüb.
1879-cu ildə general-mayor rütbəsində istefaya çıxan Həsən ağa ömrünün çoxunu Qubadakı şəxsi malikanəsində keçirib, dədə-baba torpaqlarını idarə etməklə məşğul olub, ömrünün son 3 ilini Bakıda yaşayıb.



0 Yorumlar