M.Ə.Rəsulzadə «milli və məzhəb fərqlərinə baxmayaraq» bütün əhalini Xalq Cümhuriyyətinin yeni parlamentində təmsil olunmağa çağırmışdır: «Ümumi vətəndə müştərək həyatlarını qurmaq üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər».
Lakin bu çağırış erməni və rus icmaları tərəfindən qəbul edilməmiş və onlar seçkilərin ilk mərhələsində parlamentdə iştirakdan imtina edərək nümayəndəlikdən kənarda qalmışlar.



0 Yorumlar