Yüksək peşəkarlığı, humanistliyi,təşkilatçılıq bacarığı, dəqiqliyi, təmkinliyi, intizamı, nəzakəti, təvəzökarlığı ilə seçilən -istefada olan polkovnik- leytenant Məmmədov Mahir İmran oğlunun oktyabr ayının 21 - də dünyaya göz açdığı gündür. Daha doğrusu 55 İllik yubiley günüdür .          

   

Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan- ehtiyatda olan polkovnik-leytenant Məmmədov Mahir İmran oğlunu belə bir əlamətdar gün münasibətilə, Daxili İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti, həyat yollarında bitib -tükənməyən nailiyyətlər arzu edib deyirlər, Mahir qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

   

Polkovnik-leytenant Məmmədov Mahir İmran oğlu 21 oktyabr 1970 -ci ildə Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.

 

1977-ci ildə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən 141 saylı orta məktəbin birinci sinfinə getmiş, 1987-ci ildə həmin məktəbi bitirdikdən sonra, Bakı Dövlət Universitetinə daxil olmuş, 1992-ci ildə həmin Universiteti,1999 -ci ildə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu bitirmişdir. O,Daxili Qoşunlarda xidmət etdiyi dövrlərdə, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissəıərində keçirlən bir çox təlim-metodiki toplanışlarda,komanda-qərargah məşqlərində, xüsusi -taktiki təlimlərdə, nümnəvi göstəriçi- məşğələrdə,seminar,konfrans və seminarlarda fəal iştirak etmişdir.Mahir hərbi təcrübə mübadiləsi əldə etmək ücün Türkiyə Jandarma Qüvvələrinin İstanbul,Ankara və İzmir şəhərində yerləşən hərbi məktəblərində,xüsusi təynatlı bölmələrində və hərbi hissələrində işgüzar səfərdə olub.


Səmərəli fəaliyyəti, vətənpərvərliyi,intellektual səviyyəsi, insanpərvərliyi, iradi və mənəvi keyfiyyətləri ilə seçilən- istefada olan polkovnik-leytenat Mahir Məmmədov ömrünün ən məhsuldar dövrünün 20 ildən çoxnu Daxili Qoşunların Binəqədi, Xətai və Xəzər rayonunda yerləşən hərbi hissələrdə taqım komandiri,bölük komandirinin tərbiyəvi işləri üzrə müavini,bölük komandiri,döyüş hazırlığı bölməsinin rəisi (hərbi hissənin qərargah rəsinin döyüş təlimi üzrə müavini),baş müəllim, Daxili Qoşunların Baş İdarəsinin maddi-texniki təminat idarəsinin qərargahıda isə baş zabit vəzifələrində Vətənə və xalqa sədaqətə xidmət etmişdir.


Mahir Məmmədov DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.


Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, dövlət əhmiyyətli obyektlərin, inzibatı binaların,hərbi şəhərciklərin və təchizat anbarların mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzacəkmə müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin zərərləşdirilməsind,qəzalar,bədbəxt hadisələr,y anğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində və dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

   

Polkovnik- leytenat Mahir Məmmədov öz tabeliyində olanlara və bir çox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin, direktivlərin, təlimatların tələblərinin,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur. 

    

Mahir Imran oğlu Məmmədov qorxmaz, insanpərvər, saxavətli, vətənpərvər, əliaçıq, vəfalı bir zəhmətkeş baş zabit olmuşdur. O, istər təhsil aldığı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi kolektivilərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

 

Polkovnik-leytenant Məmmədov Mahir İmran oğlu xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində, yüksək göstəricilərə nail olduğuna və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə təltif olunub, dəfələrlə fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

  

Polkovnik- leytenat Mahir Məmmədov öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirin müvafiq əmrləri ilə, "Qüsursuz xidmətə görə"1-ci, 2-ci və 3-cü dərəcəli, Azərbaycan Respubilkasının Silahlı Quvvələrinin isə 10 -illiyi, 90 - illiyi və 95-illiyi yubiley medalları ilə təltif edilib.



MAHİR 55 İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN !


ÖMRÜN UZUN OLSUN 100 YAŞA.


DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!


ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.


Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı , peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev