Yüksək hərbi peşəkarlığı, hümanistliyi,xeyirxahlığı,qayğıkeşliyi,işgüzarlığı, təşkilatçılıq bacarığı,səmərəli fəaliyyəti və səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş, Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı- istefada olan polkovnik Bəhrəmov Bəhrəm Qacay oğlunun oktyabr ayının 2-də dünyaya göz açdığı gündür.

Daimi həyatın bütün imtahanlardan alnıaçıq və üzü ağ çıxan- istefada olan polkovnik Bəhram Bəhramovu doğum günü münasibətilə onu Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Bəhrəm müəllim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Polkovnik Bəhrəmov Bəhrəm Qacay oğlu 1958- ci ilin oktyabr ayının 2 -də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub,1975-ci ildə Bakı şəhərində orta məktəbi, 1979-cu ildə isə Bakı Ali Birləşmiş Komandirlərməktəbini bitrib.

O,1991-ci ilə kimi Sovet Ordusunda zabit və baş zabit kimi müxtəlif vəzifələrdə olub,1992-2003-cü illərdə isə Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının kaldırlar şöbəsində şöbə rəisinin müavini və şöbə rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.

Qanunvericilik ilə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında,cinayətkarlığa qarşı mübarizədə,qəzalar, bədbəxt hadisələr, yanğınlar , təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasında,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, polkovnik Bəhrəm Bəhrəmov üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

 

Polkovnik Bəhrəm Bəhrəmov hərbi xidmətdə olduğu illər ərzində öz xidməti və ictimai vəzifələrini yerinə yetirərkən xüsusi fərqıəndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərinə görə əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəsi döş nişanları ilə təltif olnub, dəfələrlə diplomlarla, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Öz xidmət vəzifələrini, kadrlar şöbəsinin və xidmət etdiyi hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fərqıəndiyinə, şücaət, fədakarlıq və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə aşağıdakı medallarla təltif olunub:

1.“Azəbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı” medalı ilə;


2.“SSRİ Silahlı Qüvvələrinin 60 illiyi (1918-1978)” yubiley medalı ilə;

3.“SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918- 1988)” yubiley medalı ilə ;


4.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001) yubiley medalı ilə;


5.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


6.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


7.“Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN BƏHRƏM MÜƏLIİM!

    

 BÜTÜN ARZULARIN ÇİN OLSUN!

   

HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!


Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev