SSRİ Daxili İşlər Orqanlarında və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, Azərbaycan Respublikasının müharibə veteranı, istefada olan baş- leytenant Ağayev Əbil Musa oğlunun oktyabr ayının 17-də doğum günüdür.


 Ağayev Əbil Musa oğlu 1964-cü ilin oktyabr ayının 17-də Masalli rayonun Ərkivan kəndində zəhmətkeş bir ailədə anadan olub.


Ağayev Əbil Musa oğlu 1981-ci ildə Masallı rayonunun Ərkivan kənd orta məktəbi,1986-cı ildə isə SSRİ Daxili İşlər Nazirliyiinin Xarkov orta texniki ixtisası üzrə Q.İ. Petrovski adına ümümi qoşun növü üzrə zabit hazırlayan məktəbi bitirib. 



Baş- leytenant Ağayev Əbil Musa oğlu 1983-1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.


O,1986-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyiinin Sumqayıt şəhərində yerləşən Kimya kombinatında sahə inspektoru vəzifəsində çalışıb. 


Əbil Ağayev 1992- 1996-cu illərdə Azərbaycan Respubilkasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Sumqayıt şəhərində və Lənkəran rayonunda yerləşən hərbi hissələrində bölük komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri vəzifələrində xidmət etmişdir.



 Musa oğlu Əbil Ağayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrinin tələblərinin, əmir və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeçiliyində olanlara və bir çox hərbi qulluqçulara şəxsi nümunə olmuşdur.

       

Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olnmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində və kütıəvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində,ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar,bədbəxt hadisələr , yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.


Ə.Ağayev Azərbaycanın ərazi bütövlüyü uğrunda (Goronboy, Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, ona həvalə olunmuş vəzifə və tapşırıqları layiqincə yerinə yetirmişdir.

      

 

Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiginə görə, SSRİ və Azərbaycan Respublikasının İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmirləri ilə bir sıra medallar ilə, əla xidmətlərə görə əlacı döş və yubiley nişanı ilə təltif olunmuş, fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırlmış,ona təşəkkur elan edilmişdir.

  

Doğum günü münasibətilə baş- leytenant Əbil Ağayevi Daxili İşlər Nazrliyinin zabitlər birliyinin üzvləri, Daxili İşlər Nazrliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (hərbi vəzifələri) səmimi qəlbdən təbrik edir, Əbilə möhkəm can sağlığı, xoşbəxtlik və uzun ömür arzulayır.


Azərbaycan Respubilkasının Silahlı qüvvəri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev