Daxili İşlər Nazirliyi (Din- in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan, yüksək peşəkarlığı, humanistliyi, işguzarlığı,iradi, mənəvi keyfiyyəti, öz üzərində daimi işləməyi,təşkilatçılıq bacarığı , nəzakəti, təvəzukarlığı, dəqiqliyi, təmkinliyi və səmərəli fəaliyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili işlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində və Daxili İşlər Nazirliyinin hərbi məsələlər üzrə köməkçi xidmətində keçirmiş-istefada olan polkovnik- leytenant Şirinov Sabir Ramazan oğlunun sentyabr ayının 2- də dünyaya göz açdığı gündür.

    

 Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan, polkovnik- leytenant Sabir Şirinovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazrliyi (DİN-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,Sabrin doğmaları, yaxınları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı,ailə səadəti, həyat yolarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Sabir müəllim 

qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.


  Polkovnik- leytenant Şirinov Sabir Ramazan oğlu 1957- ci ilin oktyabr ayının 2-də İsmayıllı rayonun Uştaqişlaq kəndində zəhmətkeş

bir ailədə anadan olub.


1974- cü ildə İsmayıllı rayonun Uştaqişlaq kənd orta məktəbini, 1981 ci ildə isə Ç. İldırım adına Politexnik İnstitutunu bitrib.


1975-1977-ci illərdə Sovet Ordusunun Arxangelsk vilayətində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub. 


1991- ci ilin dekabr ayının 30- kimi Sabir Ramazan oğlu Şirinov Keramika Zavodunda, Kənd Təsərrüfatı Nazirliyində, Avtomobil və Nəqliyyat Nazirliyində məsul vəzifələrdə işləyib. 


1992 -ci ilin yanvar ayından - 2014-cü ilin dekabr aynın sonuna kimi Daxili İşlər Nazrliyi Daxili Qoşunların Baş İdarəsinin Nərimanov rayonunda yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə, Daxili Qoşunların Baş İdarəsində Yanacaq Sürtgü Materialları Xidmətinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin İnspeksiyasında inspektor, Daxili İşlər Nazirliyinin hərbi məsələlər üzrə köməkçi xidmətində isə baş zabit vəzifələrində xidmət etmişdir.

     

 O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbı və daxili qoşunların döyüş xidməti nizamnəmələrin, direktivlərin, təlimatların, əsasnamə və əmrlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər və bir çox hərbi qulluqcular üçün daimi nümunə olaraq, Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.


Polkovnik-leytenant Şirinov Sabir Ramazan oğlu səmərəli fəaliyyəti, xeyirxahlığı,insanpərvərliyi və mənəvi keyfiyyətləri seçilən ömrünün ən məhsuldar dövrünün 22 (iyrimi iki) ildən çox şərəfli xidmət yolunu Daxili Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsində və Din-in hərbi məsələlər üzrə köməkçi xidmətində kecirmişdir.


Azərbaycan Respublikasının müharibə veteranı-istefada olan polkovnik- leytenat Sabir Ramazan oğlu Şirinov Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin İnispeksiyasinın 2000- ci ilin yanvar ayından -yarandığı gündən uzun müddət İnispeksiyada inispektor vəzifəsində xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsinin idarə, şöbə və xidmətlərində, hərbi hissə və əlahiddə bömələrində İnispeksiya ( yekun, təlim, ümumi və qəfləti) yoxlamaların keçirilməsi üzrə müasir tələblərə uyğun lazımi normativ hüquqi aktların ( tədris fənləri üzrə müvafiq testlərin,bal sistemi ilə, idarə,şöbə və xidmətlərin,hərbi hissə və əlahiddə bölmələrinin yoxlama və qiymətləndirmə suallarının ) hazırlanmasında,yoxlamaların isə obyektiv, aparılması, düzgün qiymətləndirilməsi üzrə üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.


 Sabir Şirinov qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvələ olunmuş vəzifələrin yerinə yetirilməsində, Azərbaycan Respublikasında şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlıqla mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, yaşayış məntəqələrində kütləvi ixtişaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində,qəzalar, bədbəxt hadisələr, qəzalar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində hərbi hissəyə həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

       

Sabir Şirinov xeyirxah, qorxmaz,insanpərvər, saxavətli, əliaçıq, vəfalı,zəhmətkeş baş zabitdir, yaxşı ailə başçısıdır.O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlər də, dost- tanış , qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.


 Polkovnik -leytenant- Sabir Şirinov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

     

Sabir Şirinov Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyət və şərəf hissi ilə yanaşdığna görə o,daimi Daxili Qoşunlar Komandanlignin diqqət mərkəzində olmuşdur.


  Polkovnik -leytenant Sabir Şirinov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.


  O,Daxili Qoşunların Baş İdarəsinində xidmət etdiyi illər ərzində, xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş və ictimai hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, İnispeksiya rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      

Sabir Ramazan oğlu Şirinov xidmətdə fərqləndiyinə və Daxili Qoşunlarda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafıq əmrləri ilə aşağıdakı medallarla mükafatlandırlıb:


“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 - illiyi (1991-2001)” yuiley medalı ilə;


“Azəbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 -illiyi (1918-2008)” yubiley medalı ilə;


“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrin 95 -illiyi (1918-2013)” yubiley medalı ilə;

 

“Qüsursuz xidmətə görə 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.

SABİR MÜƏLLİM!


BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLIN SONUNDA GERIYƏ BAXDIGINDA ÜMİD EDİRƏM BİR "MÖCÜZƏ İLDİR " DEYƏRSƏN...BÜTÜN ARZULARININ REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.


 Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev