Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının həyatında özünəməxsus xidmətləri olan, peşəkarlığı, səmərəli fəaliyyəti, işgüzarlığı və mənəvi keyfiyyətləri ilə seçilən, ömrüünün ən məhsuldar dövrunü daxili işlər orqanlarında və DİN-in Daxili Qoşunlarda keçirmiş, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabunçu rayon şöbəsinin özək sədri - istefada olan polkovnik- leytenant Hüseyn Volodiya oğlu Talıbovun oktyabr ayının 20- də dünya göz açdığı gündür .


Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan polkovnik leytenant Hüseyn Talıbovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Hüseyn qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin  


Azərbaycan Respubilkasının Silahll qüvvələri veteranı və müharibə veteranı -istefada olan polkovnik leytenant Talıbov Hüseyn Volodiya oğlu 1962-cü illin oktyabr ayının 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda zəhmətkeş bir ailədə anadan olub.  


1979-ci ildə Şərur rayonda orta məktəbi, 1980-ci ildə. SSRİ Daxil İşlər Nazirliyinin sıravi və kiçik rəis heyəti hazırlayan məktəbi,1988- cı ildə Neft və Kimya İnstitutunu, 1997-ci ildə Müdafiə Nazirliyinin Qataybətdə yerləşən təlim-tədris mərkəzində zabitlərin ixtisas artırma kursnu bitirib.O, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bas İdarəsində və hərbi hissələrində keçirilən təlim -metodiki toplanışlarda, xüsusi-taktiki təlimlərdə, nümnəvi-göstərici məşğələlərdə, kurslarda, seminarlarda, konfuraslarda fəal iştirak edərək, müvafiq sertifikatlara layiq görülmüşdür.Hərbi təcrübə mübadiləsi əldə etmək üçün Türkiyəyə Jandarma Qüvvələrində işgüzar səfərdə olub.

       

 Hüseyn Talıbovu 1980- 1982- ci illərdə SSRİ Silahlı Qüvvələrinin Almaniyada yerləşən hərbi hava qüvvələrinin hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub.


 1989-1996 -ci illərdə Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 1996 -2008 -ci illərdə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bas İdarəsinin Binəqədi və Nərmanov və rayonlarında yerləşən hərbi hissələrdə xüsusi təyinatlı dəstə komandiri, hərbi hissə komandirinin tərbiyəvi işləri üzrə müavini, Daxili Qoşunların Bas İdarəsinin döyüş hazırlığı idarəsinin mühəndis xidmətində baş zabit, Daxili Qoşunların Baş İdarəsinin Qərargahının döyüş hazırlığı şöbəsində isə xüsusi təyinatlı bölmələrin hazırlıgı üzrə baş zabit vəzifələrində Millətə, dövlətə vətənə və xalqa sədaqatlə xidmət edib.

   

 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlib.  

     

Hüseyn Talıbov Daxili İşlər orqanlarında və Daxili Qoşnlarda xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Hərbi və Polis Andlarının, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq və sərancamları dəqiq və vaxtında yerinə yetirməkdə bir çox hərbi qulluqçular və polis əməkdaşları üçün ücün nümnə olmuşdur.

  

 O, Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarda xidmət etdiyi müddətdə Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili Qoşunlara və daxili işlər orqanlarına həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında, tutulmasında və tərk silah edilməsində şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai əsayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrndə və cəzacəkmə müəsissələrində kütləvi iğtişaşların qarşısının alənmasında, fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların,yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinim aradan qaldırılmasında, eləcə də, Azərbaycan Respubilkasının ərazi bötövlüyünün təmin edilməsində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.


 Azərbaycan Respublikasının Silahll qüvvələr və müharibə veteranı- istefada olan polkovnik leytenant Hüseyn Talıbov Daxili Qoşunların Baş İdarəsinində və hərbi hissələrdə xidmət edərkən bir çox komissiyanın, kompleks və məqsədli qrupların tərkibində olarkən öz səmərəli fəaliyyəti ilə, təcürbəsi ilə, mənəvi və işgüzar keyfiyyəti ilə Daxili Qosunlar komandanlığının daimi diqqət mərkəzində olmuşdur.

    

 Polkovnik -leytenant Hüseyn Talıbovun səmərəli fəaliyyəti həmişə Daxili İşlər Nazirliyinin rəhbərliyi, Daxili Qoşunların Komandanlıgı və xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən yüksək qiymətləndirildiyinə görə O, Azərbaycan Respublikasının Prezidentinin, Daxili İşlər Nazirinin n müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif edilib:



1 . "Hərbı xidmətlərə görə" medalı ilə;

 

2. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri veteranı” medalı ilə;


3. "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


 4.“Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


 5.” Qusursuz xidmətə görə” 3 cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;


6."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 iliyi (1991 -2001)” yubiley medalı ilə;


7.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008 )” yubiley medalı ilə.

 

İPolkovnik -leytenent Hüseyn Talıbov Daxili işlər orqanlarında və Daxili Qoşunlarda xidmət etdiyi illərdə xiidmətdə fəriqləndiyinə görə o, Daxili İşlər Nazirinin və onun müavinlərinin, Daxili Qosunlar Komandanı və onun müavinlərinin, polis şöbə rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə daxili işlər orqanlarında və daxili qoşunlarda əlacı və yubiley döş nişanları ilə, dəfələrlə fərmanlarla və qiymətli hədiyyələrlə mukaflandirılıb və ona təşəkkur elan edlib.

    

BÜTÜN GÖZƏL NƏ VARSA SƏNİN OLSUN HÜSEYN !

                                                            100 YAŞA, SAĞLAM YAŞA!


 Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev