Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının həyatında özünəməxsus xidmətləri olan -istefada olan polkovnik- leytenant Söhrabi Araz Abdulla oğlununun oktyabr ayının 23-də doğum günüdür.
Daimi həyatın intahanlarından alınıaçıq və üzüağ çıxan, Söhrabı Araz Abdulla oğlunu, belə bir əlamətdar, gün münasibətilə, Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri,Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Araz qoy yaşının üstə gələn bu yaş da sizə, sevinc dolu günlər bəxş etsin və hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Söhrabi Araz Abdulla oğlu 23 oktyabr 1963-cü il tarixdə Gəncə şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1981-ci ildə orta məktəbi, 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun Gəncə filialını, 2000-ci ildə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzində zabitlərin təhkimləşdirmə kursunu bitirmişdir.
Polkovnik- leytenant Araz Abbdula oğlu Söhrabi 1981-ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
O,Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bas İdarəsinin Gəncə şəhərində, Hacıqabul rayonunda yerləşən hərbi hissələrdə avtomobil və zirehli texnika böluk komandirinin texniki hissə üzrə müavini, avtomobil və zirehli texnika böluk komandiri, avtomobil zirehli texnika xidmət rəisi, hərbi hissə komandirinin maddi-
texniki təminat xidməti üzrə müavinin vəzifələrin xidmət edib.
Polkovnik- leytenant Araz Söhrabi peşəkarlığı,humanistliyi, işgüzarlığı,dəqiqliyi,sadəliyi, təmkinliyi, səmimiyyəti,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 24 ildən çoxnu hərbi xidmətdə kecirib.
Araz Abbdula oğlu Söhrabi Azərbaycan Respublikasında yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, hərbi texnikanın, təchizat anbarların və dövlət əhmiyyətli obyektlərin mühafizə edilməsində, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, qəzalar,yanğınlar,təbbi fəlakətlər və başqa fövqaladə hallar habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir. Araz işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Araz Söhrabi Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsin hərbi hissələrində xidmət etdiyi illər ərzində xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirlərinin müfaviq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, dəfələrlə fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı məhsullarla təltif olunub:
1."Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;
2.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin” isə 10 illiyi, 90 illiyi və 95 iliyi medaları ilə.
Azərbaycan Respubilkasının Prezidentinin 15 mart 2015- ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının il dönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə,döyüş zamanı igidlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə "Hərbi xidmətlərə görə" medal ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
ARAZ !
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
0 Yorumlar