Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının həyatında özünəməxsus xidmətləri olan işgüzarlığı, yüksək intellektual səviyyəsi, dərin zəkası, gözəl nitq qabiliyyəti, səmimiyyəti, sadəliyi, dəqiqliyi, səmərəli fəaliyyəti, təmkinliyi,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, DİN-in Daxili Qoşunlarının Binəqədi və Qəbələ rayonlarında yerləşən hərbi hissələrində əsgər və qərargah rəisinin xidmət üzrə baş köməkçisi, Daxili Qoşunların Baş İdarəsinin  Döyüş Hazırlığı İdarəsində, Məxfi hissəsində, Qoşun xidmətində,İnspeksiyasıda müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət etmiş- ehtiyatda olan  Mayor Heydərov Vuqar  Yusuf oğlunun oktyabr ayının 18  də dünyaya göz açdığı gündür. 


Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan mayor Heydərov Vuqar Yusuf oğlunu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri,DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, onun doğmaları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və  həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Vüqar qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.


Hərbi yoldaşları Vüqar Heydərovu  vətənpərvər, qoruxmaz,saxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, isərsədə   dost - tanış, qohum-, əqraba  arasında özünə böyük hörmət qazanıb.

Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında  və ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, yaşayış məntəqələrində və cəzacəkmə müəssisələrində kütləvi ixtişaşların qarşısının alınmasında,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, eləcə də   Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Öz tabeliyində olanlara və bir çox hərbi qulluqculara, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin,əmr və sərançamlatın dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümünə olmuşdur.

 Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanılmasında,respublikada əmin amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə görə  Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, idarə, şöbə,xidmət və bölmə rəislərinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə  əlacı və yubiley döş nişanları ilə, fəxr fərmanlarla,  qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edilib və  aşağıdakı medallarla təltif edilib:

 

1.“Azərbaycan Rspubilkası Silahlı Qüvvələrinin 10 illiyi  (1991 - 2001)”   yubiley medalı ilə;


2. “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi  ( 1918- 2008)”  yubiley   medalı ilə;


3.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2015)” yubiley medalı ilə;


4. “Qüsursuz  xidmətə görə” 1-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili  xidmətə görə;


5. “Qüsursuz xidmətə görə 2 -ci  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


6. “Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, VÜQAR!

 

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşakar hərbçi və hüquqşünas polkovnik Salman Musayev