Ömrünün önəmli bir hissəsini Daxili İşlər Nazirliyi daxili qoşunlarında və Daxili işlər orqanlarında xidmətə həsr etmiş, Azərbaycan Respublikasının müharibə veteranı ehtiyatda olan baş - leytenant Hüseynov Emin Hüseyn oğlunun oktyabr ayının 23-də anadan olmasının 52 yaşı tamam olur.


Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan baş -leytenant Hüseynov Emin Hüseyn oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, yaxınları iş və döyüşcü yoldaşıları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Emin qoy yaşınızın üstə gələn bu yaş sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.


  Baş -leytenant Hüseynov Emin Hüseyn oğlu - 1973-cü ilin oktyabr ayının 23-də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub. Əslən Azərbaycan Respublikasının Ağdaş rayonunun Qolqətli kəndindəndir.Unudulmaz polkovnik Elxan Hüseynovun qardaşıdır.


O, 1972-cı ildə Bakı şəhəri Nizami rayonu şəhid Kamil Əyyubov adına 12 saylı orta məktəbi, 2005-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.   

E.Huseynov Daxili Qoşunlarda və Daxili İşlər Oranlarında xidmət etdiyi illər ərzində DİN-in müvafiq strukturlarında keçirilən bir çox metodiki - təlim toplanışlarda, müvafiq kurslarda, xüsusi - taktiki təlimlərdə, nümunəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.


Emin Hüseynov 1992-1996-ci illərdə Daxili İşlər Nazirliyii Daxili Qoşunlarının Hacıqabul rayonunda yerləşən hərbi hissədə, 1996-2012-ci illərdə isə Daxili İşlər Nazirliyiinin müvafiq strukturlarında müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət edib. Emin hal -hazırda SOCAR Petrdeum QSC- də çalışır.

 Baş -leytenant Emin Hüseynov 1992-1994- cü illərdə Azərbaycanın ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək, ona həvalə olunmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır.


E.Huseynov qorxmaz, insanpərvər, səxavətli, əliaçıq bir baş zabitdir. O, istər orta və ali təhsil müəssisələrində təhsil aldığı illərində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.


O, Daxili işlər orqanlarında və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi (Polis) Andın, hərbi nizamnamələrin və digər hüquqi-normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları və daxili işlər orqanların əməkdaşlarını fədakar xidmətə ruhlandırmışdır.


O, ulu öndərin idealarına, dövlət başçısının yeritdiyi siyasətə, dövlətcliyə sadiq, hər zaman sözu ilə əməli bir olan zəhmətkeş zabit kimi tanınır.


Qanunvericilikilə müəyyən olunmuş qaydada DİN-in müvafiq sturukturlarına həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirib.


Xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanşdığına görə Daxili İşlər Nazirinin və onun müavinlərinin, Daxili Qoşunların Komandanın, DİN-in polis akademiya və məktəb rəislərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə medallar ilə, əla xidmətlərə görə əlaçı döş və yubiley nişanları ilə, fərmanlarla, diplomlarla , qiymətli hədiyyələrlə, mükafatlandırlıb və ona təşəkkür elan edilib.



Doğum günün mübarək olsun, Emin!


Allah hər zaman qəlbini sıxıntıdan, bədbinlikdən qorusun!


Bütün arzularin çin olsun!

Həmişə üzün gülsün, ürəyin sevinsin!


Polkovnik Salman Musayev

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas