44
gün davam edən Vətən müharibəsində qəhrəmanlıq nümunələri ilə zəngin olan hər
bir hərbi əməliyyatın, o cümlədən, Füzuli uğrunda gedən döyüşlərin dərindən
öyrənilməsi və cəmiyyətdə geniş təbliğ olunması vətənpərvərlik ruhunun
yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki,
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı cənab İlham Əliyev 2020-ci il oktyabrın 17-də xalqa etdiyi
müraciətində bu döyüşlərin tarixi əhəmiyyətini vurğulayaraq, cəsur oğullarımızın
göstərdiyi qəhrəmanlıq nümunələrini yüksək qiymətləndirib: “Füzuli uğrunda
döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək, bu döyüşlər haqqında kitablar
yazılacaq, əsərlər yazılacaq. Doğrudan da, çox böyük peşəkarlıq, məharət,
şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas
xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli
şəhərini işğaldan azad etmək mümkün deyil. Ancaq müzəffər Azərbaycan Ordusu bu
şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli
rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”.
Vətən
müharibəsi zamanı Füzuli uğrunda son damla qanınadək döyüşərək şəhidlik
zirvəsinə ucalmış cəsur silahdaşlarımızdan biri də kiçik gizir Məmmədov Anar
Zəhəddin oğludur.
Kiçik gizir Anar Məmmədov 1992-ci il oktyabrın 25-də Saatlı rayonunun Azadkənd kəndində anadan olub. Zəhəddin Məmmədovun və Qabiliyyət Məmmədovanın böyüdüb tərbiyə etdiyi üç övladın (Səkinə, Anar və Azər) ortancılı idi... Təhsil aldığı Vüqar Əzimov adına Saatlı rayonu Qıraqlı kənd tam orta məktəbin 9-cu sinfini bitirən Anar Sabirabad rayonundakı Sosial-İqtisad Kollecinə qəbul olunub. 2012-ci ildə kolleci “Dövlət yol polisində inzibati hüquq fəaliyyəti-yol polisi müfəttişliyi” ixtisası üzrə bitirib. Hələ uşaq yaşlarından idmana böyük marağı olduğundan, təhsil aldığı illərdə məşğul olduğu qaydasız döyüş və boks idman növləri üzrə dəfələrlə yüksək nəticələr göstərib, respublika çempionu adını qazanıb. Məhz bu baxımdan Anarın ən böyük arzularından biri də gələcəkdə bu idman növləri üzrə iştirak edəcəyi beynəlxalq yarışlarda parlaq qələbələr qazanaraq, üçrəngli bayrağımızı yüksək zirvələrdə dalğalandırmaq olub.
Müddətli həqiqi hərbi xidmətini 2012-ci ilin iyul ayından 2014-cü ilin yanvar ayınadək Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində keçib. Lakin hərbi xidmətə olan böyük marağı səbəbindən yenidən ordu sıralarına qayıtmaq qərarını verib. Beləliklə, qısa fasilədən sonra, yəni 2014-cü ilin aprel ayından Daxili Qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi vasitələrin tətbiqi dəstəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən Vətənə olan şərəfli borcunu vicdanla yerinə yetirməyə başlayıb. 2014-cü ilin dekabr ayından xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda qumbaraatan köməkçisi, atıcı-qumbaraatan köməkçisi vəzifələrində xidmətini davam etdirən Anar 2019-cu ilin dekabr ayından etibarən xüsusi həmlə qrupunda yarımqrup komandiri vəzifəsini şərəflə yerinə yetirib. Yarımqrup komandiri kimi bilik və bacarığı sayəsində hər zaman böyük rəislərin etimadını doğruldub, eləcə də tabeliyində olan şəxsi heyətin hörmətini qazanmaqla, onlara nümunə olmağı bacarıb. Əsl xüsusi təyinatlıya xas olan yüksək döyüş hazırlığı və əzmkarlığı ilə qazandığı “Zoğalı beret”i də hər zaman böyük qürur hissi ilə daşıyıb.
Bu
uğurlu əməliyyatdan sonra aldığımız növbəti tapşırığa uyğun digər qrupumuzla
birləşib yenidən hücumu davam etdirmək üçün hərəkətə başladıq. Artıq axşam
düşmüşdü. Qruplar arasında xeyli məsafə vardı. Hərəkətdə olduğumuz vaxt
qəfildən erməni silahlılarının pusqusuna düşdük. Şiddətli atışma başladı. Bir
müddət vuruşduqdan sonra düşmən gülləsinə tuş gələn cəsur silahdaşımız kiçik
gizir Anar Məmmədov qəhrəmancasına şəhid oldu. Digər silahdaşımız çavuş
E.Abbasov isə ayağından güllə yarası aldı. Mən Elvini sürüyərək yaxınlıqdakı
çökəklik əraziyə gətirdim, elə oradaca ona gizir A.Rzayev tərəfindən ilkin
tibbi yardım göstərildi. Bu ərazidə mövqelənib, yenidən düşmənin əlinə
keçməməsi üçün azad etdiyimiz postun müdafiəsində dayandıq”.
Allah
rəhmət eləsin !
Daxili
İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin əsgər qəzetinin redaktoru
Anar Əhmədov
0 Yorumlar