Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ünvanlayıb.

BMTV.İNFO xəbər verir ki, o, bununla bağlı "X" hesabında paylaşım edib.

"Can dostumuz, qardaşımız Azərbaycanın 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü ən səmimi duyğularımla təbrik edirəm. Bu qürur günündə dəyərli qardaşım İlham Əliyevi və bütün Azərbaycan xalqını sevgi ilə salamlayıram", - paylaşımda qeyd olunub.