UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik"lə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə Azərbaycan çempionunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, komanda bu gün, saat 18:00-da çarter reysi ilə İspaniyaya yollanacaq.
Oktyabrın 21-də, yerli vaxtla saat 18:15-də Qurban Qurbanovun mətbuat konfransı, 18:45-də isə komandanın açıq məşqi təşkil olunacaq.
Sözügedən qarşılaşma üçün "Qarabağ"a 600 bilet ayrılıb və ilkin olaraq onlardan 400-ə yaxını satılıb.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
0 Yorumlar