Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Mübariz Ağahüseyn oğlu Şahmurovun dəfn mərasimi keçirilib.

BMTV.İNFO Oxu.Az xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

O, Keşlə qəsəbəsi Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Xatırladaq ki, Mübariz Şahmurov 1963-cü il iyunun 12-də Sabirabad rayonu, Navdan kəndində anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.