Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Rafael Sultan oğlu Abbasovun dəfn mərasimi keçirilib.

BMTV.İNFO Oxu.Az xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Onun nəşi Suraxanı rayonu, "Dədə Qorqud" qəbiristanlığı - Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Xatırladaq ki, Rafael Abbasov 1975-ci il iyulun 25-də Ermənistanın Amasiya rayonu, Mağaracıq kəndində anadan olub. O, 1992-ci il mayın 8-də Şuşa şəhərində itkin düşüb.