"Cabirin ölümü çox vaxtsız oldu. Hələ də onun öldüyünə inana bilmirik".

Bakmiltv.info xəbər verir ki, bu sözləri Cabir İmanovun vida mərasimində jurnalistlərə açıqlamasında "Space TV"nin direktoru Vado Korovin deyib.

O bildirib ki, Cabir İmanov mehriban insan olub:

"Mən onu uşaqlıqdan tanıyıram, bir məktəbdə oxumuşuq. Ən sevdiyi əmək fənni idi. Cabir İmanov, nəinki səhnədə, həyatda da istedadlı idi. Maşınları çox sevirdi, həvəskarı idi. "Ağa Natiq" obrazı da məhz maşına olan həvəsindən dolayı ərsəyə gəlmişdi. O, həmin obrazı da professional oynayırdı. Cabiri heç kim əvəz edə bilməz. Sonuncu dəfə sentyabrın 7-də dostumuzun övladının toyunda görüşmüşdük. Ölüm heyif ki, ən gözəl insanları aparır. Buna təəssüflənirəm".

Xatırladaq ki, Cabir İmanov sentyabrın 29-da infarkt keçirərək dünyasını dəyişib.

Məhərrəm Əliyev