"Futbolçularım Tofiq Bəhramov adına Respublika stadionunda özlərini daha rahat hiss edirlər".
Bakmiltv.info xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Kopenhagen"ə (Danimarka) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
O bildirib ki, önəmli olan - oyunların Bakıda keçirilməsidir:
"Bu, böyük turnirdir və azarkeşlərin oyuna marağı çoxdur. Oyun Bakı Olimpiya Stadionunda olsaydı, məsuliyyətimiz eyni olaraq qalacaqdı. Lakin oyunçularımız burada özlərini daha rahat hiss edirlər".
Murad Həsənov
0 Yorumlar