Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.

Bakmiltv.info Oxu.Az xəbər verir ki, vida mərasimində mərhumun ailəsi, yaxınları, dostları, sənət yoldaşları iştirak edirlər.

Vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı Qurd qapısı qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq.

Daha çox foto burada: PhotoStock.az

12:12

Əməkdar artist Cabir İmanovun nəşi Nərimanov rayonundakı Cümə məscidinə gətirilib.

Bakmiltv.info Oxu.Az xəbər verir ki, hazırda C.İmanovun xatirəsinə cənazə namazı qılınır.

Cənazə namazından sonra Cabir İmanovun nəşi vida mərasimi üçün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinə aparılacaq.

Xatırladaq ki, Cabir İmanov sentyabrın 29-da infarkt keçirərək dünyasını dəyişib.