Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar 1991-ci il sentyabr ayının 30-da Laçın Əlahiddə Ərazi Özünümüdafiə Taboru yaradılıb. Taborun komandiri yüksək ailə mədəniyyətinə malik Arif Fəxrəddin oğlu Paşa idi. Bu Taborun fəaliyyəti nəticəsində bölgədə güc nisbəti Azərbaycanın xeyrinə dəyişməyə başladı. İstedadlı hərbçi Arif Pasa ətrafına sağlam əqidəli insanları toplamışdı. Mən, mərhum tele-operator Seyidağa Mövsümlü, kino-rejissor və operator Nizami Abbazla birgə və dəfələrlə Taborun şəxsi heyətinin qonağı olmuşam. Zabit, gizir və əsgərlərin doğma Azərbaycanımıza olan sevgisinə şahidlik etmişəm. Hazırda sağ olan zabitlər-Arif Paşa, Rafiq Nağıyev, Şakir Sadıqov, Zahid Əhmədov, Qalib Abdullayev, Sabir Xıdırov, Çingiz Qəhrəmanov, Nazim Paşa, Nizami Paşa, gizir Əli Cəfərov və adlarını unutduqlarımı salamlayıram. Mayor Vaqif Salmanov, Cin Mübarizin şəxsində bütün şəhidlərin ruhları şad olsun. Amin.
Hörmətlə,
Şamil Sabiroğlu, jurnalist.
Bakı, 30.09.2025.
0 Yorumlar