Ruhu şad, məqamı uca olsun!


Dünya, sənin iki üzün varıymış,


Biri qara, o biri ağ deyilmi?


Bir tərəfli güllü çəmən, bağça-bağ


Bir tərəfdə qanlı çanaq deyilmi?


Ömür neydi, yanğısını kim bilir


Ağrısını, acısını kim bilir?


İnsanlara həyat iki şey verir


Biri oraq, biri yaraq deyilmi?


Qohum küsər, küsə-küsə yad olar


Namərd gülər, şirinləşib dad olar


Ay Ülvi, dünyada iki adam var


Biri uca, biri alçaq deyilmi?